...

Azərbaycanda "Eurovision-2012"-nin seçim mərhələsinin sonuncu yarımfinalçısı bəlli oldu

Mədəniyyət Materials 29 Yanvar 2012 02:15 (UTC +04:00)
Azərbaycanda "Eurovision-2012"-nin milli seçim turunun sonuncu – səkkizinci yarımfinalçısı müəyyən oldu. Münsiflər heyətinin rəyi nəticəsində Arzu İsmayılova şənbə günü qalib oldu.
Azərbaycanda "Eurovision-2012"-nin seçim mərhələsinin sonuncu yarımfinalçısı bəlli oldu

Azərbaycan, Bakı, 29 yanvar / Trend /

Azərbaycanda "Eurovision-2012"-nin milli seçim turunun sonuncu - səkkizinci yarımfinalçısı müəyyən oldu. Münsiflər heyətinin rəyi nəticəsində Arzu İsmayılova şənbə günü qalib oldu.

Bundan əvvəl Orxan Kərimli, Məryam Kərimova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı və Səbinə Babayeva yarımfinala yüksəliblər.

Musiqi yarışında 72 iddiaçı iştirak edirlər, onlar 8 yarımqrupa bölünüblər. Seçim turunun iştirakçılarının arasında keçən illərin milli seçmələrinin iştirakçıları, məşhur ifaçılar, həmçinin üç ABŞ vətəndaşı var idi. Teleşou səkkiz həftə - bazar ertəsindən cümə gününədək davam edib. Layihənin qaydalarına görə, bazar ertəsi müsabiqənin iştirakçıları dünya hitlərindən birini ifa edirdilər, çərşənbə axşamı - Azərbaycan estrada mahnısını, çərşənbə günü - Eurovision-un kompozisiyalarından birini, cümə axşamı - azad seçim idi, cümə günü isə yarımqrupun qalibi təyin edilirdi.

2012-ci ildə "Eurovision" beynəlxalq mahnı yarışması Azərbaycanda keçəcək. Azərbaycanlı iştirakçılar Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Eurovision-2011" müsabiqəsinin qalibi oldular.

Müsabiqənin yarımfinal turları 22 və 24 may tarıxındə, final - 26 may tarixində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti