...

"Bakı, mən səni sevirəm" kinolayihəsi təsdiqlənib

Mədəniyyət Materials 10 Fevral 2012 15:10 (UTC +04:00)
Mart ayından "Bakı, mən səni sevirəm" kinolayihəsi ilə bağlı filmin çəkilişlərinə başlanacaq.
"Bakı, mən səni sevirəm" kinolayihəsi təsdiqlənib

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İ.İsabalayeva/

Mart ayından "Bakı, mən səni sevirəm" kinolayihəsi ilə bağlı filmin çəkilişlərinə başlanacaq.

Kinolayihənin mətbuat katibi Şahnaz Abdullayevanın cümə günü Trend-ə verdiyi məlumata görə, layihənin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubevdir.

"Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 9-da "Bakı, mən səni sevirəm" kinolayihəsinin prodüseri Yeqor Konçalovskini qəbul edib. Görüşdə layihənin ssenariləri müzakirə edilib və təsdiq olunub. Çəkiliş qrupu fevralın 1-dən Bakıdadır. Hazırda çəkilişlərə hazırlıq işləri aparılır. Mart ayında çəkilişlər başlayacaq", - Abdullayeva bildirib.

"Bakı, mən səni sevirəm" layihəsi 10 filmdən ibarətdir. Hər filmin xronometrajı 9 dəqiqədir. Filmin rejissorları Yeqor Konçalovski (Rusiya), Nadir Maçanov, Aleksey Qolubev (Rusiya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (İngiltərə) və Andre Badalodur (İtaliya).

Filmin ssenaristləri Nadir Maçanov, Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev, Aleksandr Novotoskidir (Rusiya).

Xəbər lenti

Xəbər lenti