...

Bəxtiyar Vahabzadəsiz üç il

Mədəniyyət Materials 13 Fevral 2012 10:17 (UTC +04:00)
Bu gün xalq şairi Bəxtiyar Vahabzadənin ölümünün 3 ili tamam olur.
Bəxtiyar Vahabzadəsiz üç il

Azərbaycan, Bakı, 13 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bu gün xalq şairi Bəxtiyar Vahabzadənin ölümünün 3 ili tamam olur.

Trend-in məlumatına görə, Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub. Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb.

O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunub.

"İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin müəllifidir. O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir.

Şair 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilib.

Xalq şairi Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu il tarixində vəfat edib.

Xəbər lenti

Xəbər lenti