Azərbaycan, Bakı, 24 fevral /Trend/
"Eurovision" mahnı müsabiqəsində 7 dəfə qalib olan İrlandiya Avropanın məşhur şousunda builki təmsilçisinin axtarışına bu axşam son verəcək.
Trend-in cümə günü müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, ölkənin "Eurovision" 2012 təmsilçisi münsiflər heyətinin və tamaşaçıların səsverməsi ilə müəyyənləşəcək. Milli final şousunda 5 mahnı dinləniləcək.
Finalçıların çıxış ardıcıllığı belədir:
1. Maria McCool - "Mistaken"
2. Donna McCaul - "Mercy"
3. Andrew Mann - "Here I Am"
4. Una Gibney və David Shannon - "Language Of Love"
5. Jedward - "Waterline"
1976-cı ildə "Save Your Kisses For Me" mahnısı ilə "Eurovision" qalibi olan "Brotherhood of Man" qrupu da milli finalçılara dəstək üçün onlarla eyni səhnəni paylaşacaq.
"EuroSong 2012"-nin milli finalı İrlandiyanın RTÉ 1 telekanalı və eurovision.tv ilə canlı yayımlanacaq.