...

Məşhur türk aktyoru azərbaycanlı həyat yoldaşının doğuş xərcləri üçün sponsor axtarır

Mədəniyyət Materials 29 Fevral 2012 15:42 (UTC +04:00)
Gecə həyatına bağlı olması ilə əlaqədar tez-tez gündəmə gələn Tolqa Karel arvadının doğuş xərclərini ödəmək üçün sponsor axtarışındadır.
Məşhur türk aktyoru azərbaycanlı həyat yoldaşının doğuş xərcləri üçün sponsor axtarır

Azərbaycan, Bakı, 29 fevral /Trend/

Gecə həyatına bağlı olması ilə əlaqədar tez-tez gündəmə gələn Tolqa Karel arvadının doğuş xərclərini ödəmək üçün sponsor axtarışındadır. Trend-in məlumatına görə, bu barədə "Hürriyyət" qəzeti xəbər verir.

Türkiyənin axşam qəzetlərindən birində yer alan xəbərə görə, həyat yoldaşı Günay Musayeva ilə həkim müayinəsinə gedərək orada doğuş xərclərinin 20 min lirə olacağını öyrənən aktyorun sponsor xəstəxana axtarışında olduğu məlum olub.

İstanbulun Bəylərbəyi məhəlləsində üçmərtəbəli, bağçalı, 1 milyon lirə dəyərində bir evi və "Doblo" markalı avtomobili olan Tolqa Karel beş mövsüm davam edən "Yarpaq tökümü" serialından sonra məşhurlaşıb. Az müddət sonra TRT 1 telekanalında nümayiş olunan "Bir zamanlar Osmanlı: Qiyam" serialında "Qasım" rolunu oynayan Karelin yaxın ətrafına "Şöhrətimdən faydalanmaq istəyirəm" dediyi də məlum olub.

Xəbər lenti

Xəbər lenti