...

Litvanı Eurovision 2012-də 25 yaşlı Donny Montell “Love is Blind” mahnısı ilə təmsil edəcək

Mədəniyyət Materials 5 Mart 2012 06:39 (UTC +04:00)
Litvanı Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsi 2012-də təmsil edəcək ifaçı müəyyən olunub.
Litvanı Eurovision 2012-də 25 yaşlı Donny Montell “Love is Blind” mahnısı ilə təmsil edəcək

Azərbaycan, Bakı, 5 mart / Trend /

Litvanı Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsi 2012-də təmsil edəcək ifaçı müəyyən olunub. Litvanın Eurovision 2012 seçimlərinin finalında 14 müğənni mübarizə aparıb. Səsvermə nəticəsində Donni Montel (Donny Montell) "Love is Blind" mahnısı ilə qalib elan edilib. Bu barədə məlumat müsabiqənin rəsmi internet səhifəsində yerləşdirilib.

Ölkənin Milli Finalında yaddaqalan məqamlardan biri də təmsilçinin adının Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə tərəfindən açıqlanması olub. Final gecəsində çıxış edən səfir Eurovision 2012-nin ev sahibi Azərbaycan barədə ətraflı məlumat verib və ölkəmizin may ayında möhtəşəm bir şouya hazırlaşdığını bildirib. Səfir Həsən Məmmədzadə Litvalıları Bakıdakı 57-ci Eurovision Mahnı Müsabiqəsinə dəvət edib.

Litvanı Eurovision 2012-də təmsil edəcək 25 yaşlı Donny Montell ölkəsində məşhur müğənnidir. O, bir çox yerli və beynəlxalq mahnı müsabiqələrinin qalibi olub. Eyni zamanda "Litva mahnı onluğu" və "Ulduzlara çağırış" televiziya layihələrində də qalibiyyət qazanıb. 2008-ci ildə isə "Slavyanskiy bazar" festivalının "Grand Prix"ni əldə edib.

Qeyd edək ki, Litva təmsilçisi Eurovision 2012-nin mayın 24-də keçiriləcək ikinci yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti