...

Rusiyanın "Buranovskiye babuşki" ilə Azərbaycan "Nənələr"indən birgə layihə gözlənilir

Mədəniyyət Materials 12 Mart 2012 15:51 (UTC +04:00)
Bakıda "Eurovision 2012" mahnı müsabiqəsində Rusiyanın təmsilçisi "Buranovskiye babuşki" bir daha hamını təəccübləndirməyə hazırlaşırlar.
Rusiyanın "Buranovskiye babuşki" ilə Azərbaycan "Nənələr"indən birgə layihə gözlənilir

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir V.İmanov/

Bakıda "Eurovision 2012" mahnı müsabiqəsində Rusiyanın təmsilçisi "Buranovskiye babuşki" ("Buranovo nənələri") bir daha hamını təəccübləndirməyə hazırlaşırlar. Kollektiv hazırda Bakıda təqdim etmək üçün Azərbaycan kompozisiyalarından birinin seçimi üzərində çalışır. Bu barədə Trend-ə telefonla "Buranovskiye babuşki" kollektivinin direktoru Kseniya Rubtsova bildirib.

"Biz Azərbaycan mədəniyyətini çox sevirik və hətta hazırda nənələr Bakıda təqdim etmək üçün Azərbaycan kompozisiyalarından birinin seçimi üzərində çalışırlar", - Rubtsova deyib.

Xanım Rubtsova Azərbaycanın Lənkəran rayonunda "Nənələr" adlı folklor ansamblının olduğunu biləndə, tanış olmaq və hətta birgə layihə reallaşdırmaq arzusunu dilə gətirib.

"Azərbaycanlı nənələrin folklor ansamblı ilə məmnuniyyətlə tanış olarıq və birgə layihə də hazırlaya bilərik", - kollektivin direktoru əlavə edib.

Udmurtiyanın Malopurgin rayonunun Buranovo kəndindən olan "Buranovskiye babuşki" (udmurtca "Branqurtıs pesnyayös") folklor kollektivi udmurt dilində müxtəlif hitlər, məşhur rus və xarici ifaçıların mahnılarını ifa edirlər.

Ansambl 40 il bundan əvvəl yaradılıb. Kollektiv ilk dəfə 2008-ci ildə udmurt dilində məşhur mahnıları ifa etməyə başlayıb. Kollektiv Rusiyanın "Evrovision 2010" seçim turunda "Dlinnaya-dlinnaya beresta i kak sdelat iz neyo ayşon" mahnısı ilə (3-cü yeri tutublar) iştirak edib və "Party for Everybody" mahnısı ilə çıxış edərək qalib gəliblər. Onlar Bakıda "Evrovision 2012" mahnı müsabiqəsində ölkəni təmsil edəcəklər.

Kollektivin tərkibi: Qranya İvanovna Baysarova, Alevtina Gennadyevna Beqişova, Zoya Sergeyevna Dorodova, Qalina Nikolayevna Koneva, Natalya Yakovlevna Puqaçova, Valentina Semyonovna Pyatçenko, Yekaterina Semyonovna Şklyayeva. Ansamblın bədii rəhbəri Olqa Nikolayevna Tuktaryovadır.

Xəbər lenti

Xəbər lenti