...

Bakı əsl Şərq nağılıdır - Belarusun "Eurovision 2012" təmsilçisi

Mədəniyyət Materials 19 Mart 2012 19:31 (UTC +04:00)
Bakı heyranedici şəhərdir, valehedici memarlığı və cəlbedici ab-havası ilə əsl Şərq nağılıdır. Bu barədə Trend-ə Belarusun "Eurovision 2012" təmsilçisi, "Litesound" qrupunun üzvləri bildiriblər.
Bakı əsl Şərq nağılıdır - Belarusun "Eurovision 2012" təmsilçisi

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir V.İmanov/

Bakı heyranedici şəhərdir, valehedici memarlığı və cəlbedici ab-havası ilə əsl Şərq nağılıdır. Bu barədə Trend-ə Belarusun "Eurovision 2012" təmsilçisi, "Litesound" qrupunun üzvləri bildiriblər.

"Biz bu şəhərin ruhunu tezliklə hiss etmək istəyirik! Səfərə əsaslı surətdə hazırlaşırıq - Azərbaycan dilində ifadələri bir az öyrənirik", - onlar deyiblər.

"Litesound" üzvlərindən birinin sözlərinə görə, Azərbaycan qədim tarixi və mədəniyyəti olan ölkədir.

"Bizi tarix və onunla bağlı olan hər şey ruhlandırır və Azərbaycan əfsanəvi adlandırılacaq yerin lap özüdür! Və əlbəttə, bizim Belarusda yaşayan çoxlu azərbaycanlı dostlarımızın olması əladır. Onların hamısı öz Vətənlərini çox sevirlər və həmişə onun haqqında hərarətlə danışır, eyni zamanda, onların özlərini bizim ölkəmizdə də rahat hiss etmələri çox yaxşıdır", - musiqiçi deyib.

Qrupun iştirakçılarının sözlərinə görə, onlar müsabiqəyə səfəri səbirsizliklə gözləyirlər, lakin eyni zamanda nəyisə çatdıra bilməyəcəklərinə görə həyəcanlanırlar. Çünki hazırlığa çox az vaxt qalır.

Onların sözlərinə görə, müsabiqəyə hazırlıq zamanı ən çətini düşünülən ideyaların həyata keçirilməsidir. Və əlbəttə, hələ görüləsi və həm də bəzən eyni vaxtda görülməli olan bu qədər işin qalması çətindir.

"Eurovision" üçün mahnının versiyasının hazır olmasına lap az qalır. Əlbəttə, ondan nömrənin qurulması konsepsiyası yaranacaq. Biz istərdik ki, bu, həqiqətən heyranlıq doğurmağa qadir olan nəsə olsun. Biz öz uğurumuza inanırıq, yerlər və rəqiblər haqqında fikirləşməməyə çalışacağıq", - musiqiçilər deyiblər.

Qardaş olan qrup iştirakçılarının sözlərinə görə, onlar artıq çoxdan rolları öz aralarında bölüşmürlər, hər kəs öz işi ilə məşğul olur.

"Biz bir-birimizi dəstəkləyirik və bir-birimizsiz keçinə bilmirik. Biz qardaşımızla ən yaxşı dostlarıq", - qrup iştirakçıları bildiriblər.

Onların sözlərinə görə, əslən azərbaycanlı olan və Belarusu təmsil etmək uğrunda mübarizə aparan, onların tanış olduqları müğənni Günəş çox yüksəksəviyyəli müğənnidir.

"Ölkəmizdə onu sevir və tanıyırlar. Bundan əlavə o, ildən-ilə Avropa festivalında öz çıxışına hazırlıqda əla nəticələr göstərir. Bu il onun "Eurovision"a gəlişinin alınmamasına gəldikdə, onun gələcəkdə daha qətiyyətli fəaliyyətə köklənməsi lazımdır və o, mütləq "Eurovision"da Belarusu təmsil edəcək və əminik ki, yaxşı çıxış edəcək", - iştirakçılar deyiblər.

Qrup iştirakçılarının sözlərinə görə, Belarusda çoxlu azərbaycanlılar yaşayır. "Onların arasında bizim dostlarımız var. Və bizim xalqlarımızın dost olduqlarına gəldikdə, bu sadəcə gözəldir!" - "Litesound" iştirakçıları bildiriblər.

"Litesound" Belarusun ingilis dilində pop və rok musiqi ifa edən qrupudur. Qrup 2005-ci ildə Dmitri (vokal) və Vladimir (gitara, həmmüəllif) Karyakinlər tərəfindən yaradılıb. "Eurovision 2012"-də Belarusun üçüncü təmsilçisi italiyalı Yakopo Massadır.

"Litesound"un uğurları arasında "MOVA songwriters' competition" (ABŞ, 2002-ci il), "Modern Rock Bands Competition" (Çin, 2002-ci il) müsabiqələrində qələbə, İtaliyada beynəlxalq müsabiqədə (2006-cı il) birinci yer, "Dünya mahnıları" (Moldova, 2007-ci il) vokalçılar müsabiqəsində diplom (Dmitri Karyakin) var.

Xatırladaq ki, 57-ci "Eurovision" mahnı müsabiqəsi Dövlət Bayrağı Meydanında inşa olunan "Bakı Kristal Zalı"nda baş tutacaq.

Xəbər lenti

Xəbər lenti