...

Ukraynanın "Eurovision 2012" təmsilçisi 7 rəqəminin uğuruna inanır

Mədəniyyət Materials 26 Mart 2012 15:48 (UTC +04:00)
Martın 20-də "Eurovision" mahnı müsabiqəsinin Bakıdan canlı yayımlanan püşkatma mərasimini izləyən Ukrayna təmsilçisi Qaytana (Gaitana) "Eurovision" səhnəsindəki çıxış nömrəsini çox sevir.
Ukraynanın "Eurovision 2012" təmsilçisi 7 rəqəminin uğuruna inanır

Azərbaycan, Bakı, 26 mart /Trend/

Martın 20-də "Eurovision" mahnı müsabiqəsinin Bakıdan canlı yayımlanan püşkatma mərasimini izləyən Ukrayna təmsilçisi Qaytana (Gaitana) "Eurovision" səhnəsindəki çıxış nömrəsini çox sevir.

Trend müsabiqənin rəsmi saytına istinadən məlumat verir ki, Qaytana rəqəmlərin xüsusi energetikaya sahib olduğuna inanır. Elə buna görə də müsabiqədəki "Be my Guest" adlı mahnısını məhz ikinci yarımfinalda 7 rəqəmi altında ifa edəcəyinə çox şaddır.

"Mən hər zaman müxtəlif əlamətləri izləyirəm. Məncə onlar taleyin göndərdiyi işarələrdir. 7 xöşbəxt rəqəmdir. Belə sürprizlər məni daha çox çalışmağa həvəsləndirir. Bütün Avropaya hərarətli və səmimi bir çıxış hədiyyə etmək arzusundayam", - o deyib.

Xəbər lenti

Xəbər lenti