...

"Eurovision" rəhbəri "Buranovskiye babuşki"nin şansını yüksək qiymətləndirib

Mədəniyyət Materials 29 Mart 2012 15:52 (UTC +04:00)
Rusiyanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsiçisi - "Buranovskiye babuşki" haqqında hər gün maraqlı xəbərlər yayılır.
"Eurovision" rəhbəri "Buranovskiye babuşki"nin şansını yüksək qiymətləndirib

Azərbaycan, Bakı, 29 mart /Trend/

Rusiyanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsiçisi - "Buranovskiye babuşki" haqqında hər gün maraqlı xəbərlər yayılır.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, nənələr Bakıdakı şouya hazırlıqla yanaşı, dil bilgilərini də artırır. İngilis dilində söz ehtiyatlarını artırmaqda olan qrup uzvləri Bakıya gəlməzdən əvvəl həm də Azərbaycan dilində bəzi kəlməri öyrənmək istəyirlər.

"Rossiya" telekanalına müsahibə verən "Eurovison" mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand deyib ki, hər kəsin nənəsi olub və var, ona görə də bu müsabiqədə müəyyən sayda şəxslər nənələri sevəcək. Yan Ola Sand bu baxımdan nənələrin şanslarını yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti