Azərbaycan, Bakı, 30 mart /Trend/
İtaliyanın "Eurovision 2012" təmsilçisi Nina Zilli müsabiqə ərəfəsində tanıtım turunun cədvəlini açıqlayıb.
Trend eurovision.az saytına istinadən xəbər verir ki, təmsilçi 57-ci "Eurovision" mahnı müsabiqəsi üzrə tura Florensiyadan başlayacaq. Təmsilçinin tanıtım turuna aprelin 10-dan etibarən "L'amore è femmina Tour" adı altında start veriləcək.
İtaliya nümayəndəsi çıxışlarında caz və blyuz üslubunda mahnılar səsləndirəcək. 13 yaşından səhnədə olan Nina Zillinin dünya üzrə 15 000 diski satılıb.
Xatırladaq ki, Nina Zilli mayın 26-da keçiriləcək final mərhələsində "L'Amore È Femmina" ("Out Of Love") mahnısı ilə çıxış edəcək.