...

Həsən Əbluc - 70: Atam çiçəkləri çox sevərdi – rejissor Elnaz Əbluc (FOTO)

Mədəniyyət Materials 23 Aprel 2012 15:41 (UTC +04:00)
Aprelin 22-də Azərbaycanın görkəmli aktyoru və rejissoru Həsən Əblucun 70 illik yubileyi olub. O, həyatdan tez, cəmi 51 yaşında getdi... Qızı Elnaz Əbluc atasının yolu ilə getməyi qərara aldı...
Həsən Əbluc - 70: Atam çiçəkləri çox sevərdi – rejissor Elnaz Əbluc (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir V.İmanov/

Aprelin 22-də Azərbaycanın görkəmli aktyoru və rejissoru Həsən Əblucun 70 illik yubileyi olub. O, həyatdan tez, cəmi 51 yaşında getdi... Qızı Elnaz Əbluc atasının yolu ilə getməyi qərara aldı... Elnaz xanımın Trend-ə müsahibəsi.

- Atanızı necə xatırlayırsınız?

- Mən həmişə demişəm ki, o, təkcə gözəl ata deyildi, həm də böyük dost idi. Atam gülləri çox sevərdi. Və bayramlarda təkcə mənim üçün deyil, məktəbimizn müəllimləri üçün də gül alardı. Bir də əlbəttə ki, mənim hər ad günümün səhəri gözəl gül dəstəsi ilə başlayardı. Hər yay o, anamla birlikdə məni Moskvaya sanatoriyaya göndərər, daha sonra özü də gələrdi. Məktəbə gedəndə mənim üçün elə dadlı buterbrodlar hazırlayardı ki.... Hamı fikirləşərdi ki, onları anam hazırlayır, amma biləndə ki, atam hazırlayıb, təəccüblənərdilər. O, çox diqqətli, həssas, gözəl qardaş, qayğıkeş ailə başçısı və sevən ər, dostların yolunda hər şeyə hazır idi. Peşəsində isə çox məsuliyyətli idi, səhhətindəki hər hansı problem onu sevimli işindən ayıra bilməzdi.

- Siz onun işini davam etdirmək üçün rejissor oldunuz?

- Atam mənim rejissor olmağımı çox istəyirdi, lakin sağlığında mən bunu istəmirdim. Yalnız onun qəfil ölümündən sonra məndə atamın arzusunu yerinə yetirmək istəyi yarandı. Mən rejissor oldum və qəlbimin dərinliklərinədək bu peşəni sevdim. Mən heç vaxt onun ucaldığı zirvəyə çata bilmərəm, lakin məni görəndə və soyadımı eşidəndə insanların atamı böyük hörmətlə yad etmələri xoşdur. O, özünün aktyor və rejissor potensialından sonadək istifadə edə bilmədi, edə biləcəyinin yalnız üçdə birini etdi. O, elə bir aktyor idi ki, bütün il boyu çəkilişlərlə məşğul ola bilərdi.

- Bu illərdə onsuz necə yaşamısınız?

- Çox çətin. Hər il onun anadan olduğu və vəfat etdiyi gün evdə halva bişirir, yaxın adamlarla onun II Fəxri xiyabandakı məzarını ziyarət edirik və Quranın "Yasin" surəsini oxuyuruq. O, bizi çox tez tərk etdi...

Həsən Əbluc 1942-ci il aprelin 22-də Təbrizdə anadan olub. 1947-ci ildə ailəsi ilə birgə Bakıya köçüb. Politexnik İnstitutunun birinci kursunu bitirdikdən sonra Dövlət İncəsənət İnstitutunun aktyorluq və rejissorluq fakültəsində təhsilini davam etdirib. 40-a yaxın filmdə çəkilib, Dram Teatrında və Gənc Tamaşaçılar Teatrında tamaşalar qoyub, Mədəniyyət və İncəsənət Universitetində səhnə mədəniyyətindən dərs deyib. Şeirləri əla oxuyurdu və Azərbaycanın məşhur şairlərinin poeziya gecələrini keçirirdi.

Əkdar incət xadimi, kinorejissor, qardaşı haqqında "n Əbluc" filmini çən Ənvər Əblucun xatirərindən:

"Həsən hamıya deyərdi ki, "Anamın kitabı" tamaşasını qoyduqdan sonra Qarabağı ermənilərin işğalından azad etmək üçün cəbhəyə gedəcək...

Uşaqlıqda Həsən həddindən artıq dəcəl idi. 14-15 yaşında onda aktyorluq sənətinə sevgi yarandı və o, dram dərnəklərinə getməyə başladı. Hətta bir dəfə sevgisindən əziyyət çəkməli oldu. O, 31 saylı məktəbdə oxuyurdu və dərnəkdən sonra sifətindən bığlarını "təmizləməyi" unutmuşdu və məktəbə belə gəlmişdi. Buna görə də onu məktəbdən qovdular. Həsən 172 saylı məktəbə keçdi. Valideynlərimiz təhsilimizə ciddi nəzarət edirdilər, biz ailədə beş qardaş idik. Anam müntəzəm olaraq məktəbə gəlir, atam isə həftənin sonunda yalınız yaxşı qiymətlərə görə cib xərcliyi verirdi ki, teatra və ya kinoya gedək. Amma Həsənin maraqlandığını görsə də onun aktyor olmasını istəmirdi...

Bizim "Qaragölün cəngavərləri" və "Pəncərə" filmlərində birgə işlərimiz olub. Mən həmişə böyüklərlə və müəllimlərimlə hesablaşmışam. İnternat uşaqlarının həyatından bəhs edən "Pəncərə" filmində mən yalnız onun təkidindən sonra məktəbin direktoru rolunda çəkildim, o özü isə qəhrəmanlardan biri olan Rövşənin atasının epizodik rolunu məharətlə oynadı. Bu rolu o, öz yaradıcılıq həyatının ən parlaq rolu hesab edirdi.

O, çox həyatsevər və hazırcavab adam idi, işində isə özünü tamamilə əsərə həsr edirdi, obrazı qeyri-adi dərəcədə dəqiq yaradırdı. O, necə şer oxuyurdu! Boş dəqiqələrə nifrət edirdi və həmişə özünə faydalı məşğuliyyət tapırdı. Son nəfəsinədək ömrünü peşəsinə həsr etdi. O öz qızını həddindən artıq çox sevirdi, onun qayğısını çəkir və onun rejissor olmasını arzu edirdi..."

Xəbər lenti

Xəbər lenti