...

Azərbaycanın "Eurovision 2012" təmsilçisi bütün Avropaya müraciət edib

Mədəniyyət Materials 24 Aprel 2012 16:24 (UTC +04:00)
Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayeva bütün Avropaya müraciət edib.
Azərbaycanın "Eurovision 2012" təmsilçisi bütün Avropaya müraciət edib

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayeva bütün Avropaya müraciət edib.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, Səbinə Babayeva escxtra.com vasitəsilə hər kəsi Bakıya çağırıb. "Azərbaycana xoş gəlirsiniz və sizləri Bakıda görməkdən məmnun olacağıq. Hamınızı Bakıda görmək istəyirik", - təmsilçimiz bildirib.

Səbinə müsahibəsində Azərbaycanın "Eurovision 2012"-yə hazırlıqlarından da söz açıb. O, ölkəmizin bu müsabiqəyə ev sahibliyi etməsindən qürurlandığını ifadə edib.

"Biz xoşbəxtik ki, bu mötəbər müsabiqə məhz Azərbaycanda keçiriləcək. Yarışmanın ölkəmizdə baş tutması bizim üçün böyük şərəf və xoşbəxtlikdir. Müsabiqənin yüksək səviyyədə keçiriləcəyinə inanırıq və bunun üçün bütün lazımi işlər həyata keçirilir", - o deyib.

Xəbər lenti

Xəbər lenti