...

Böyük Britaniyanın "Eurovision 2012" təmsilçisi Bakı səhnəsində keyfiyyətli musiqiyə önəm verəcək

Mədəniyyət Materials 25 Aprel 2012 19:52 (UTC +04:00)
Dünya musiqisinin əfsanəsi, Böyük Britaniyanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Engelbert Hamperdink Bakı səhnəsində keyfiyyətli musiqinin təbliğinə önəm verəcəyini bildirib.
Böyük Britaniyanın "Eurovision 2012" təmsilçisi Bakı səhnəsində keyfiyyətli musiqiyə önəm verəcək

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Dünya musiqisinin əfsanəsi, Böyük Britaniyanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Engelbert Hamperdink Bakı səhnəsində keyfiyyətli musiqinin təbliğinə önəm verəcəyini bildirib. Bu barədə Trend eurovision.az saytına istinadən xəbər verir.

"Əgər sənin keyfiyyətli məhsulun, ürəkləri fəth edən mahnın varsa, tamaşaçılar da sənə səs verəcək", - deyən Engelbert Hamperdink dünya üzrə onu dəstəkləyən 120 fan klubun olmasından qürur duyduğunu bildirib.

Çox maraqlıdır ki, Engelbert Hamperdink "Eurovision 2012"-dəki rəqiblərinin mahnılarını dinləməyə vaxtı olmadığını deyib. "Hələlik bütün fikrimi öz mahnım üzərində cəmləmişəm, rəqiblərimi isə müsabiqəyə bir həftə qalmış dinləyəcəm", - o deyib.

Xəbər lenti

Xəbər lenti