...

Albaniyanın "Eurovision” təmsilçisi Azərbaycan xalq mahnısını ifa edib

Mədəniyyət Materials 13 May 2012 18:39 (UTC +04:00)
Albaniyanın "Eurovision Mahnı Müsabiqəsi-2012" təmsilçisi Rona Nişliu Azərbaycan xalq mahnısını ifa edib.
Albaniyanın "Eurovision” təmsilçisi Azərbaycan xalq mahnısını ifa edib

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E.Mehdiyev, V.İmanov/

Albaniyanın "Eurovision Mahnı Müsabiqəsi-2012" təmsilçisi Rona Nişliu Azərbaycan xalq mahnısını ifa edib.

Trend-in məlumatına görə, Əzizə Mustafazadənı çox sevdiyini qeyd edən Nişliu öz mahnısının repetisiyasından sonra keçirdiyi mətbuat konfransında "Bana Bana Gəl" (Qaçma Gözəl) Azərbaycan xalq mahnısımahnısından Azərbaycan dilində bir parça ifa edib.

O qeyd edib ki, heç vaxt Bakıda olmayıb və Bakıya səfər etməyinə çox sevindiyini bildirib.

Ölkəsini təmsil etməkdən qürur hissi duyduğunu deyən Nişliu öz performansını layiqincə yerinə yetirəcəyini bildirib. Nişliu ölkəsini müsabiqədə "Suus" mahnısı ilə təmsil edəcək.

Qeyd edək ki, bu gün "Bakı Kristal Zalı"nda "Eurovision Mahnı Müsabiqəsi-2012" iştirakçılarının repetisiyalarına start verilib.

Gün boyu davam edən məşqlərdə Çernoqoriya, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsverçrə, Belçika və Finlandiya təmsilçiləri iştirak edir.

Xəbər lenti

Xəbər lenti