...

"Eurovision" iştirakçılarının məşqlərinin dördüncü günü başlayıb

Mədəniyyət Materials 16 May 2012 13:35 (UTC +04:00)
Bu gün "Eurovision 2012" mahnı müsabiqəsinin iştirakçılarının məşqlərinin dördüncü günü başlayıb.
"Eurovision" iştirakçılarının məşqlərinin dördüncü günü başlayıb

Azərbaycan, Bakı, 16 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Bu gün "Eurovision 2012" mahnı müsabiqəsinin iştirakçılarının məşqlərinin dördüncü günü başlayıb.

Trend-in məlumatına görə, 10 ölkənin iştirak edəcəyi məşqlərə ilk olaraq müsabiqədə ifa edəcəyi "Verjamem" mahnısı ilə Sloveniya təmsilçisi Eva Boto başlayıb.

Məşqdən sonra müğənnilər mətbuat konfransı keçirərək Bakı və məşqləri haqqında öz təəssüratlarını yerli və xarici jurnalistlərlə bölüşəcək və onları maraqlandıran sualları cavablandıracaqlar.

Gün boyu davam edəcək məşqlərdə həmçinin Xorvatiya, İsveç, Gürcüstan, Türkiyə, Estoniya, Slovakiya, Norveç, Bosniya və Herseqovina və Litvadan olan təmsilçilər iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti