...

Azərbaycan ansamblı Budapeştdə keçirilən qala konsertdə iştirak edib

Mədəniyyət Materials 19 İyun 2012 19:45 (UTC +04:00)
İyunun 11-17-də Macarıstanda keçirilən XVII Dunay Beynəlxalq Karnavalının son günündə yekun qala konsert təşkil edilib.
Azərbaycan ansamblı Budapeştdə keçirilən qala konsertdə iştirak edib

Azərbaycan, Bakı, 19 iyun /Trend/

İyunun 11-17-də Macarıstanda keçirilən XVII Dunay Beynəlxalq Karnavalının son günündə yekun qala konsert təşkil edilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Budapeştin Margit adasında keçirilən konsertdə 10 ölkənin nümayəndələri, o cümlədən Gəncə Dövlət Filarmoniyasının Göygöl Mahnı və Rəqs Ansamblı iştirak edib.

Qala konsert zamanı keçirilən rəqs müsabiqəsində Azərbaycan nümayəndələri 3-cü yer tutaraq, bürünc medalla mükafatlandırılıblar. Bununla yanaşı, konsert zamanı Azərbaycanın xalq və bəstəkar mahnıları, Azərbaycan rəqsləri ifa olunub.

Xəbər lenti

Xəbər lenti