...

Kinoşünas Aydın Kazımzadə: Azərbaycan Kinematoqrafçılar İttifaqı əvvəlki işgüzarlığını itirib

Mədəniyyət Materials 23 İyul 2012 17:44 (UTC +04:00)
Son dövrlər Azərbaycan Kinematoqrafçılar İttifaqı əvvəlki qaynar fəaliyyətini, işgüzarlığını itirib. Bu barədə bazar ertəsi Trend-ə əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə bildirib.
Kinoşünas Aydın Kazımzadə: Azərbaycan Kinematoqrafçılar İttifaqı əvvəlki işgüzarlığını itirib

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir M.Əliyev/

Son dövrlər Azərbaycan Kinematoqrafçılar İttifaqı əvvəlki qaynar fəaliyyətini, işgüzarlığını itirib. Bu barədə bazar ertəsi Trend-ə əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə bildirib.

"Azərbaycan Kinematoqrafçılar İttifaqı 1958-ci ildə yaradılıb. Onun təsisçisi Azərbaycanın tanınmış rejissoru Lətif Səfərov olub. O dövrlərdə İttifaq çox fəal qurum kimi fəaliyyət göstərib. Lakin son dövrlər Azərbaycan Kinematoqrafçılar İttifaqı əvvəlki qaynar fəaliyyətini, işgüzarlığını itirib. Bəlli olmayan adamlar İttifaqın İdarə Heyətinə seçildi", - Kazımzadə deyib.

Onun sözlərinə görə, Həsən Seyidbəylinin rəhbərlik etdiyi dövrdə həmin İttifaqa daxil olmaq çox çətin idi, müəyyən hazırlıq tələb olunurdu, daxil olmaq istəyən şəxs üzvlük nizamnaməsinə cavab verməli idi.

"Bəzi tanınmış sənətkarlar vəfat etdilər, digərləri tədricən İttifaqı tərk etdilər. Və bundan sonra da İttifaqa gəlib-gəlməməyin əhəmiyyəti qalmamışdı. Mən heç üzvlük haqlarını ödəməyin də əhəmiyyətini görmürdüm", - o bildirib.

Yeni yaranan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv olan birincilərdən olduğunu deyən kinoşünas qeyd edib ki, təzə İttifaqın yaradılması sevindirici hal oldu.

"Mən artıq kinoda işləmirəm, pensiyaya çıxmışam. Lakin bu sahədə fəaliyyət göstərmək istəyirəm, yeni İttifaqdan fəallıq gözləyirəm. İttifaq bizim ikinci evimizdir", - Kazımzadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti