...

Bakı kitabxanalarında Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərgilər keçiriləcək

Mədəniyyət Materials 19 Sentyabr 2012 15:45 (UTC +04:00)
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərgilərin keçirilməsi haqqında əmr verib.
Bakı kitabxanalarında Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərgilər keçiriləcək

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərgilərin keçirilməsi haqqında əmr verib.

Trend İdarənin rəsmi saytına istinadən məlumat verir ki, əmrin verilməsində məqsəd Azərbaycan Prezidentinin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında 23 dekabr 2011-ci il tarixli sərəncamının icrasını təmin etməkdir.

Əmrdə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan kitabxanalarda Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərgilərin cari ilin sentyabr ayının 24-dən oktyabr ayının 2-dək təşkil olunması qeyd olunub.

Qeyd edək ki, Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş tədbirlər İdarənin 2012- iş planına daxil edilib.

Xəbər lenti

Xəbər lenti