...

Üzeyir bəyin soyadı necə yazılmalıdır?

Mədəniyyət Materials 24 Sentyabr 2012 15:57 (UTC +04:00)
Dünya şöhrətli bəstəkar, Azərbaycanın görkəmli musiqişünas alimi Üzeyir Hacıbəyovun soyadı ictimaiyyətə fərqli formalarda təqdim edilir.
Üzeyir bəyin soyadı necə yazılmalıdır?

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Dünya şöhrətli bəstəkar, Azərbaycanın görkəmli musiqişünas alimi Üzeyir Hacıbəyovun soyadı ictimaiyyətə fərqli formalarda təqdim edilir. Tanınmış bəstəkarın soyadı gah Hacıbəyov, gah da Hacıbəyli kimi təqdim edilir.

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu isə bu məsələyə aydınlıq gətirərək Üzeyir bəyin soyadının hansı formada yazılmasının daha düzgün olduğuna aydınlıq gətirib.

İnstitutun direktor əvəzi Paşa Kərimov bazar ertəsi Trend-ə bildirib ki, Üzeyir bəy sovet hökuməti qurulana qədər yazdığı bütün məqalələrində, sənədlərində soyadını Hacıbəyli kimi qeyd edib. Amma sovet hakimiyyəti illərində bəstəkar öz soyadını məcburən dəyişib və onu Hacıbəyov edib. Hətta sovet illərinə aid olan bir neçə sənəddə o, soyadını Hacıbəyli kimi yazıb.

Kərimov deyib ki, bu baxımdan Üzeyir bəyin soyadının hər iki formada yazılması əslində düzgün sayıla bilər.

Xəbər lenti

Xəbər lenti