...

Məşhur müğənni Rihanna Bakıya gəlib

Mədəniyyət Materials 4 Oktyabr 2012 22:29 (UTC +04:00)
Dünya şöhrətli müğəni Rihanna Bakıya gəlib. Bu barədə Trend-in müxbiri məlumat verir.
Məşhur müğənni Rihanna Bakıya gəlib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Dünya şöhrətli müğəni Rihanna Bakıya gəlib. Bu barədə Trend-in müxbiri məlumat verir.

O, may ayında "Eurovision 2012" müsabiqəsinin keçirildiyi "Bakı Kristal Zalı"nda şənbə günü konsert proqramı ilə çıxış edəcək.

R&B şahzadəsi, beynəlxalq mükafatların, o cümlədən iki "Qremmi" mükafatının sahibi Bakıdakı çoxsaylı pərəstişkarlarını hit mahnılardan ibarət eksklüziv şou ilə sevindirəcək. Rihanna ilə birlikdə ABŞ-dan Bakıya müğənninin 80 nəfərlik komandası da gəlib.

Rihannanın Bakıdakı konsertinə müxtəlif ölkələrdən müğənninin çoxsaylı fanatlarının gələcəyi gözlənilir.

Rihannanın Bakı konserti musiqi sənayesində piratçılıq ilə mübarizəyə həsr edilib.

Konsert "Universal Music Group"un Azərbaycandakı nümayəndəsi "Omnikomo Music Group" şirkəti tərəfindən təşkil edilib.

Xəbər lenti

Xəbər lenti