...

Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı keçiriləcək

Mədəniyyət Materials 8 Oktyabr 2012 17:26 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə 2012-ci il 16-25 oktyabr tarixində Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı keçiriləcək.
Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı keçiriləcək

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə 2012-ci il 16-25 oktyabr tarixində Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 10 gün ərzində Heydər Əliyev Sarayında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Bakı Caz Mərkəzində, Beynəlxalq Muğam Mərkəzində dünyanın tanınmış caz ustaları və qrupları, Azərbaycan musiqiçiləri çıxış edəcəklər.

Festvalda Mayk Stern (ABŞ), Qonzalo Rubalkaba (Kuba-ABŞ), Qlen Miller Caz Orkestri, Karmen Souza (Portuqaliya), Aleksandr Maşın (Rusiya), H30 qrupu (İsveçrə), Luçiano Biondini (İtaliya), Grzegorz Karnas (Polşa), "Breeze of caucasus" triosu (Gürcüstan), "Kool and the Ganq" qrupu ( ABŞ), Esra Dalfidan (Hollandiya), Vyaçeslav Qryaznov (Rusiya), Salman Qəmbərov, Rain Sultanov, İsfar Sarabski, Emil Əfrasiyab, Natiq Şirinov, Tünzalə Ağayeva, Tofiq Cabbarov, Əfqan Rəsul, Elçin Şirinov, Zaur Mirzəyev, xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri və əməkdar artist Elnarə Kərimovanın rəhbərlik etdiyi "Buta" Kamera Xoru və digər caz ifaçıları çıxış edəcəklər.

Festivala "Mədəniyyət" kanalı, 106 FM, Day.Az və "Jazz Dünyası" jurnalı informasiya dəstəyi verir.

Кonsertlərin biletlərini mərkəzləşdirilmiş kassalardan əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti