...

Rouen Atkinson daha Mister Bini oynamayacaq

Mədəniyyət Materials 19 Noyabr 2012 10:21 (UTC +04:00)
Məşhur ingilis aktyor Rouen Atkinson Mister Bin rolunu oynamaqdan imtina edib. Trend-in məlumatına görə, bu barədə “Rosbalt” xəbər verir.
Rouen Atkinson daha Mister Bini oynamayacaq

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Məşhur ingilis aktyor Rouen Atkinson Mister Bin rolunu oynamaqdan imtina edib. Trend-in məlumatına görə, bu barədə "Rosbalt" xəbər verir.

Belə ki, tezliklə aktyorun 58 yaşı tamam olur və o "daha ciddi rollara üstünlük vermək" istəyir.

Atkinsonun fikrincə, uşaq vərdişlərinə malik böyük kişiyə çevrilmək "bir az kədərli və ürəyə toxunandır". Hərçənd aktyor etiraf edir ki, Bin onun vizit kartıdır. O bildirib ki, onun yeni ampluası tamaşaçıların sevimli personajı ilə heç vaxt bağlı olmayacaq.

Xatırladaq ki, komik aktyor Rouen Atkinson dünyada daha çox Mister Bin rolu ilə məşhurdur. Aktyor BAFTA (1989) mükafatının laureatıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti