Azərbaycan, Bakı, 22 noyabr / Trend, müxbir A.Tağıyeva/
Bu gün Türkiyənin Kocaeli şəhərində Azərbaycanın Mədəniyyət Mərkəzi açılır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Özgür Kocaeli" qəzeti xəbər verib.
Mərkəzdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı əks etdirən eksponatların təqdim olunacağı Soyqırım Muzeyi, habelə Heydər Əliyev adına kitabxana fəaliyyət göstərəcək.
Açılış mərasimində Türkiyənin ailə və sosial siyasət məsələləri naziri Fatma Şahin, parlamentin vitse-spikeri Meral Akşener və ölkənin başqa rəsmi şəxsləri iştirak edəcəklər.
Mədəniyyət mərkəzinin açılış mərasimində Azərbaycanın rəsmi nümayəndələrinin də iştirakı gözlənilir.