...

Bakıda III Respublika muğam müsabiqəsi keçiriləcək

Mədəniyyət Materials 30 Noyabr 2012 11:12 (UTC +04:00)
Gələn il fevralın 15-də Bakıda III Respublika muğam müsabiqəsi keçiriləcək.
Bakıda III Respublika muğam müsabiqəsi keçiriləcək

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Gələn il fevralın 15-də Bakıda III Respublika muğam müsabiqəsi keçiriləcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, təhsil naziri Misir Mərdanov müsabiqənin keçirilməsi barədə əmr imzalayıb.

Müsabiqənin keçirilməsində məqsəd respublika muğam ifaçılarının Beynəlxalq Muğam Festivalında iştirakını təmin etmək, istedadlı muğam ifaçılarını üzə çıxarmaqdır. Müsabiqə vokal və instrumental musiqi nominasiyaları üzrə keçiriləcək.

Müsabiqənin qaliblərini müəyyən etmək Azərbaycan Milli Konservatoriyası və Konservatoriya nəzdində Musiqi Kollecinə tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti