...

"YARAT!" təşkilatının il ərzində fəaliyyətinin yekunları

Mədəniyyət Materials 26 Dekabr 2012 10:00 (UTC +04:00)
Müxtəlif mövzulara toxunan on səkkiz uğurlu layihə... Onlarla rəssam, onlardan bəziləri ilk dəfə olaraq məhz bizimlə əməkdaşlıq zamanı özlərini göstərmək şansını əldə etdilər...
"YARAT!" təşkilatının il ərzində fəaliyyətinin yekunları

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Müxtəlif mövzulara toxunan on səkkiz uğurlu layihə... Onlarla rəssam, onlardan bəziləri ilk dəfə olaraq məhz bizimlə əməkdaşlıq zamanı özlərini göstərmək şansını əldə etdilər... Daimi tərəfdaşlarımız timsalında Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, "Üns Yaradıcılıq Səhnəsi" Teatrı, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və digər qurumlar...

Özünün il yarımlıq fəaliyyəti müddətində müasir incəsənət məkanı olan "YARAT!" çox işlər görüb və daha çox işlər görməyi planlaşdırır. Bəzi yekunlar aşağıdakılardır:

MÜASİR İNCƏSƏNƏTƏ DƏSTƏK

Qeyri-kommersiya təşkilatı olan "YARAT!" 2011-ci ildə həmyerlimiz Aidə Mahmudova tərəfindən yaradılıb və məqsədi Azərbaycanın müasir incəsənətinə dəstək vermək, eləcə də Azərbaycan rəssamlarının maraqlarını həm ölkədə, həm də xaricdə təmsil etmək, eyni zamanda mədəniyyətlərarası dialoq üçün forum yaratmaqdır.

"Ön Söz" layihəsi (6 Оktyabr - 6 Noyabr 2011) "YARAT!"ın debüt layihəsi olmuşdur ki, bu layihəyə müxtəlif təcrübəyə və dünyagörüşünə malik 27 rəssam qatılmışdır. Onun iştirakçılarını bakılılara incəsənətin imkanları ilə məhdudlaşmayan yeni bir aləm təqdim etmək şücaəti və arzusu birləşdirirdi. Elə layihənin öz adı olan "Ön Söz" çoxmiqyaslı və əhəmiyyətli olan bir işin başlanğıcından xəbər verirdi.

Mətbuatda ekspozisiyalar Bakının mədəniyyət həyatında vacib hadisələrdən biri kimi adlandırılmış və belə qeyd edilmişdir: "Təşkilatçılar sərginin keçirilməsi üçün tikintisi başa çatmayan binanı seçmişdirlər ki, bu da hələ formalaşmamış yaradıcı təbiətin simvoludur, hansı ki, hələ öz kosntruksiyasını yaratmalıdır və hər bir gənc istedadın illər boyunca bu sarayın tikilməsi üçün qoyacağı kərpiclər nəticədə incəsənət binasının özünəməxsus sima almasına gətirib çıxaracaq".

Bu layihə bakılıları aktual incəsənətlə tanış etmək üçün düşünülmüşdür, hansı ki, məhz aktual incəsənət onilliklər qabaq sərgi qaleriyaları və muzeylərin divarlarından kənara çıxmış və bu gün qərb şəhərlərinin simasına çevrilmişdir. "YARAT!" layihəsi şəhər sakinlərinin obrazı və onlarla birlikdə doğulan fikir və enerjiləri bir-birinə möhkəm bağlayan yeni incəsənətə Bakının hazır olduğunu təntənə ilə qeyd etmişdir.

Müəyyən rəssamlar dairəsi formalaşmışdır ki, onlardan bir çoxu artıq daimi əsasda "YARAT!"la əməkdaşlıq edirlər: Aida Маhmudova, Afət Baqirova, Arif Əmirov, Əli Həsənov, Butunay Haqverdiyev, Cemma Səttar, Faik Əhməd, Fidan Seyidova, Leyla Əliyeva, Leyla Mirzə, Mehdi Məmmədov, Məmməd Bəşirov, Nail Ələkbərov, Nəzrin Məmmədova, Nicat Burcuyev, Niyaz Nəcəfov, Orxan Hüseynov, Ramal Kazımov, Rəşad Babayev, Rəşad Ələkbərov, Sitarə İbrahimova, Şahin Mələkzadə.

2012-ci ilin yazında bakılılar bizim şəhərimiz üçün tamamilə yeni olan sərgi formatının doğulmasının şahidi oldular. "012 Baku Public Art Festival" qəfil ortaya çıxdı və uzun aylar bakılıların düşüncələrində yer tutdu.

Bu gün, bir il keçdikdən sonra, cəsarətlə təsdiq edə bilərik ki, məqsədə nail olduq və festival çərçivəsində yaranan bütün işlər meqapolis arasında xüsusi yer tutdu. Keçmiş aylarda çox işlər görülmüşdür: yaradıcılıq emalatxanası üçün yegənə "etibarlı" yer axtarışları, hər hansı incəsənət obyektinin rəsm dəyəri üzrə mübahisələr və köhnə binaların çərçivəyə alınmasının nə dərəcədə təbii görünməsi ilə bağlı şübhələr (çünki festivalın işlərinin bir çoxu Bakının memarlıq və tarixi əhəmiyyətli binalarında - Qala, Fəvvarələr Meydanı və s. yerlərdə yerləşdirilmişdi).

Bir neçə həftə ərzində həm yağışda, həm də quru havada, hər cümə günü növbəti festival işinin açılmasına gələn insanların heç biri bu tədbirə biganəlik göstərmirdi. Müxtəlif istiqamətlər və məktəblərə mənsub olan bir neçə rəssam nəslini birləşdirən festival şübhəsiz nadir hadisə idi. Festival öz kolleksiyasına 21 iş (video və foto installasiya, memarlıq və plastik kompozisiya, 3-D mapping formatında olan performans və lazer şoular) topladığına və bu işlərin hər birinin çiddi kulturoloji tədqiqat tələb edən yaradıcı iş kəsb etdiyinə görə doğurdan da çox böyük incəsənət tədbiri idi. Məhz yuxarıda qeyd edilən xüsusiyyətlərinə, şəhərin nəfəsini və nəbzini bizə hiss etdirmək imkanını yaratdığına görə festivalı nadir hesab etsək yanılmarıq.

Təxminən 6 ay müddətində şəhər sakinlərini Azərbaycan rəssamlarının yeni işləri ilə sevindirən "012 Baku Public Art" festivalının noyabrın 10-da, "Nizami" kinoteatrının böyük zalında təntənəli bağlanış mərasimi keçirildi. Festivalın yekun mərasimi açıq səma altında, gənc rejissor, Moskvada ali ssenari və rejissor kurslarının, həmçinin "Bates Colleage" teatr incəsənəti və kino fakültəsinin məzunu Rüfət Həsənovun filmi ilə sona yetdi. Bir neçə ay ərzində filmin müəllifi son dərəcə dəqiqliklə rəssamların işinin, ideyasının yaranmasından başlayaraq, hazır art-obyektin təqdimatının başa çatdırılmasına qədər bütün prosesi sənədləşdirmişdir. Filmə layihənin iştirakçıları ilə kiçik müsahibələr seriyası, rəssamların sərgiyə gələn tamaşacılarla canlı ünsiyyət anları da daxil olmuşdur. Dinamik video "YARAT! Yaradıcılıq Məkanı"nın iş stilini olduqca gözəl əks etdirirdi, burada hər bir iş müəllif, tamaşaçı və müasir həyatın ritmləri ilə qarşılıqlı surətdə yaranırdı. Sonda festival şəhərə yeni obraz hədiyyə etdi və əminlik yaratdı ki, müasir incəsənət təkcə adi reallığı əks etdirmir, həm də möcüzəli şəkildə onun simasını dəyişə bilir.

BEYNƏLXALQ LAYİHƏLƏR

"Merging Bridges" (Birləşdirən Körpülər) layihəsi Bakı Müasir İncəsənət Müzeyində 15 iyun tarixlərində keçirilmiş, 13 azərbaycanlı və 12 xarici rəssamı bir məkanda toplamışdır. Eləcə də beynəlxalq səviyyədə təşkil olunan ekspozisiyalar Ceyms Tayrell, Sara Lukas, Cap de Vray, Anni Morris, Pol Freyer, Keyt Koventri və iran mənşəli britaniyalı rəssam İdris Xan kimi ulduz adlar tərəfindən təqdim edilmişdir. Əvvəllər azərbaycanlı rəssamların milli və regional sərgilər çərçivəsindən kənara çıxmalarına baxmayaraq, bu miqyasda layihələr hələ baş tutmamışdı. Layihənin kuratoru britaniyalı Adam Veymaus olmuşdur, o "Alber" və "Viktoriya" müzeyləri və bir çox təqdirəlayiq qaleriyalarla əməkdaşlıq etmişdir.

16 may - 1 iyul tarixlərində Amsterdamda "GRIID" (Beynəlxalq Fotoqrafiya Festivalı) keçirildi, onun kuratoru kimi London "İqtisadiyyat Məktəbinin" məzunu və "Sotbis Auksion" evinin nümayəndəsi Suad Qarayeva çıxış etdi. O, gənc fotoqraf İlkin Hüseynovun "Nardaran toyu" layihəsini təqdim etmişdir. Demək olar ki, bütün qonaqlar materialın qeyri-adi təqdimatını qeyd etdilər. Həyat siklinin və onun pillələrinin metaforası kimi, foto seriyalar toyu və ya dəfni xatırladan çadırlarda asılmışdır.

İlkin bu gün çox uğurlu fotoqraf-dokumentalist hesab olunur, Azərbaycanda və bütövlüklə Cənubi Qafqazda sosial mühitin və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində çalışan bir sıra beynəlxalq təşkilatlarla işləməyə müvəffəq olmuşdur. Onun gənc yaşına baxmayaraq, "Associated Press", "Invisible Photographer", "AFP", "Reuters", "Yahoo", "CNN International", "Global journalist" və "Media Paran" kimi nəhəng informasiya agentlikləri ilə əməkdaşlıq təcrübəsi vardır.

12 iyul - 12 avqust 2012-ci il tarixlərində "Moskva Gənc Bennal" çərçivəsində keçən "Pat" Vəziyyəti" sərgisi üçün "YARAT!" Moskva qaleriyası olan "Mars"ı seçmişdir. Sərgi vasitəsilə biz təcrübəli paytaxt ictimaiyyətinin diqqətini üç azərbaycan rəssamı - Nəzrin Məmmədova, Cemma Səttar və Fidan Seyidovanın işlərinə çəkə bildik. Cinslərin qarşılıqlı münasibətləri mövzusunda kişi baxışını rəssam Reza Xazar təqdim etmişdir. Rusiya və Azərbaycan mətbuatı, müəlliflərin mədəni və irsi düşüncələri, gender mövzusuna yanaşmaları və ümumi kontrastı xüsüsi olaraq qeyd etmişdirlər. Nəzərə alsaq ki, qızlar dünyəvi ənənələrdə tərbiyə almışdırlar, Reza (Əfqanıstandan) isə patriarxal cəmiyyətdə böyümüşdür, o zaman bu təmamilə izah ediləndir. Buna baxmayaraq onların yaradıcılıqları qəribə şəkildə bir-biri ilə münaqişəyə girmir, əksinə bir-birini tarazlayır və sankı bir bütövün ikiyə kəsiyi, bir medalın iki tərəfi kimi görünürdü.

Bu ilin sentybarında "YARAT!" Bakıda "Christy's" auksion evinin ilk dəfə keçirdiyi sərginin həm-təsisçisi olmuşdur. Onun çərçivəsində Azərbaycana dünya rəssamlarının şedevrləri (Pablo Pikassonun "Xanım it ilə", Endi Uorxollun "Güllər", Demin Herstin "Sevgi, sevgi" və s. rəsmləri) gətirilmişdir. Təntənəli açılış "Four Seasons" mehmanxanasının bal zalında təşkil edilmişdi. "Christy's" evinin mütəxəsislərinin və konsultantlarının gəlişini (xüsusilə son illə onlar ərəb, İran, İraq və Türkiyə rəssamlarının işlərinə fəal maraq göstərirlər) müasir Azərbaycan incəsənətinin başa düşülməsində vacib ilkin addım kimi qiymətləndirmək olar.

Paralel olaraq, 22 sentyabr tarixində "Commonist" sərgisi açılmışdır ki, burada biz azərbaycanlı rəssamların qloballaşmaqda olan dünyaya və çoxmədəniyyətlilik problemlərinə və onun bütün çox-obrazlılığına baxışını təqdim etmişdik.

Layihənin müəllifləri tərəfindən müəyyən olunmuş suallar dairəsi qeyri-adi dərəcədə böyük olmuşdur. Multikulturalizm insanlıq üçün xeyirlidirmi yoxsa bir bəladır? Qadınların rolu ümumi transformasiyada nece görünür? Dünyada hansı məsələlər daha çox və az əhəmiyyətə malikdirlər, harada moda daha tez dəbdən düşür və gələn təklifi qabaqlayır? Tanınmış ustalar olan Niyaz Nəcəfzadə, Əli Həsənov, Rəşad Ələkbərov və Mahmud Rüstəmovla bərabər layihədə, Afət Bağırova özünün "Cenni" şəkil seriyaları və yeni mütəxəsis Vüsal Rəhimov "Black Woman" instalyasiyası ilə iştirak etmişdirlər.

Avropa sərgi məkanlarını fəth etmək üçün "YARAT!" Parisdə yeni açılmış Azərbaycan Mədəniyyət Mərkəzində "Home, sweet home" ("Ev, şirin ev") ekspozisiyasına başlamışdır. 1904-cü ilə məxsus qədim fransız malikanəsində, müasir rəssamlığın qurucuları Azərbaycan mədəniyyətinin ocağını yaratmışdırlar. Hər bir eksponat evi yada salırdı və hər bir obyekt - əl işi olan xalçadan tutmuş gözəl rəsmi olan keramik qaba qədər uşaqlıqdan tanış olduğumuz dildə danışırdı. Bununla bərabər müəlliflər suallar verirdi ki, "ev" anlayışı hansı dəyişikliklərə məruz qalıb və hansılarına hələ məruz qalacaq.

Şarjada təşkil olunan və şeyx Sultan Əl Qasiminin sədirliyi ilə keçirilmiş "15-ci İslam İncəsənət Festivalında" "YARAT!"ı Fərid Rəsulov "Xalça İnteryerləri" ekspozisiyası ilə təmsil etmişdir. Faiq Əhməd "Aktual ənənə" sərgisi ilə, Rəşad Ələkbərov isə şəxsi - "Şərq barədə dörd söz" sərgisi ilə iştirak etmişdirlər. Ümumilikdə Şarjada festival 45 beynəlxalq və yerli ekspozisiyalardan ibarət olmuşdur ki, onun müəllifləri BƏƏ, Qatar, Böyük Britaniya, ABŞ, Fransa, Türkiyə, Azərbaycan, Misir, Fələstin, Livan, İraq, Sudan və Hindistandan (cəmi 18 ölkə) olan rəssamlar idi.

Evimiz hazırdır.

2012-ci ilin 28 sentyabrında Köhnə Şəhərdə "Yay" qaleriyasının təntənəli açılışı olmuşdur. Bu hadisəni rəssamlar, incəsənət sevərləri və qalereyanın konsepsiyasının müəllifləri çoxdan və xüsusi həyacanla gözləyirdilər.

"YARAT!"ın layihələri Azərbaycanda müasir aktual incəsənəti maksium dərəcədə tam və müxtəlif obrazlı şəkildə təqdim etməyə və azərbaycanlı rəssamlara beynəlxalq səviyyələrə çıxmaqda kömək etməyə çağırmaqla, nəhayət öz daimi ünvanını əldə etdi. Qalereyanın yaradıcılarına görə onların əsas tapşırığı binanın divarlarında rəsmlərini sərgiləyən rəssamlara dəstək verməkdir. Bütün mümkün olan gəlirlər yeni, maraqlı layihələrin yaradılmasına yönələcəkdir.

Qalereyanın adlandırılmasında bır sıra məna və düşüncələr vardır. "Yay" bir söz kimi sehirli cazibəyə malikdir və çoxmənalıdır: "Yay" - sözü biliyi yaymaq, vacib olan bir şeyi bölüşmək (azərbaycanca "yay" sözü) mənasını verir və qarşıya qoyulan məqsədə çatmaq üçün oxu istiqamətləndirən yay mənasını da verir (oxun yayı mənasında), həmçinin ilin ən günəşli vaxtı olan və güllərin açdığı yayı (yay fəslini) bildirir. Beləliklə, "YARAT!" qalereyasının açılması bir il vaxt müddətinə başa gəldi.

Birinci sərgi simvolik olaraq NEXT LEVEL ("Növbəti Səviyyə") adlanaraq 3 rəssamı - Faiq Əhmədov, Fəridə Rəsulova və Elşən İbrahimovu birləşdirdi, hər biri ənənəvi Azərbaycan xalçası mövzusuna özünəməxsus surətdə yanaşdılar. Yekunda ekspoziya eklektizm xüsusiyyəti ilə fərqlənmiş, özündə yundan xalçalar və installasiyalar, rəqəmsal çapda isə avropa interyeri və şərq ornamentlərinin simbiozunu və hətta xalça rəsmlərinin elementlərindən istifadə edən kompüter oyunlarını birləşdirmişdir.

Qalereyanın divarlarında şəxsi sərgisi təşkil olunan ilk rəssam Azərbaycan Dövlət Akademiyasının məzunu 25 yaşlı Ramal Kazımov olmuşdur. Onun şəkilləri, eskizləri və "Расслоение" ("Laylara ayrılma") adlı heykəltaraşlıq kompozisiyası 30 noyabrda sərgiyə gələnlər üçün əsl tapıntı və güclü təəsürat mənbəyi oldu. Bunun əsas səbəbi kimi rəssamın akademizimdən uzaq icra texnikası və işlərindəki səmimiyyəti göstərmək olar.

Dekabrda Ramal Kazımovun sərgisi "Aluminium" adlanan, Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi Müasir İncəsənətin Beynəlxalq Biennalinin rəsmi proqramına daxil olmuşdur. Tədbirin təşkilatçısı kimi "YARAT!" çıxış etmişdir. Bu il qaranlıq bennalda artıq elə vaxt gəlib çatmışdır ki, kumirlər və qəhrəmanlar doğulurlar, bizi və bizim prioritetləri dəyişirlər, eləcə də bizi və bizi yaradan səddləri birləşdirirlər. Biennalinin ekspozisiyaları "Vaxtın Siması" adı altında Bakının 15 muzey və qalereyasında təqdim edilmişdir. Biz bir faktla fəxr edirik ki, "Vaxtin Siması" Avropa və Asiyadan maraqlanan rəssamları, incəsənət tənqidçilərini və kuratorları toplaya bilmişdir.

"YARAT!" - FƏRQLİ KİNO MƏKANI

Bu gün "Future Shorts" festivalının qısa-metrajlı filmlər festivalı kimi dünyanın 90 ölkəsində tamaşaçıları vardır. Onun uğuru kinomatoqrafiyaya yeni prinsipial baxışlara malik tamaşaçı auditoriyası formalaşdırmaq istiqamətində 8 illik təcrübə və səylərin nəticəsidir.

2003-cü ildən başlayaraq festival kinomatoqrafistlər üçün beynəlxalq platforma yaratmaqla məşğuldur ki, bu da bütün dünyada milyonlarla insana bir kinomatoqrafistin işi ilə tanış olmaq imkanını yaradır.

Hər mövsüm müxtəlif festivallarda mükafata layiq görülmüş filmlərdən ibarət yeni film kolleksiyalarının təqdimi ilə müşayət olunur. Bakıda festival artıq dörd dəfə, dörd müxtəlif meydanda - "Üns Yaradıcılıq Səhnəsi" Teatrında, "Nizami" kinoteatrının zalında, Yaşıl Teatrda və "ParkCinema"da təşkil edilmişdir. Təqdim olunan filmlərin arasında Sandesdə müstəqil kino festivalının mükafatçısı və BAFTA mükafatının sahibləri də olmuşdur.

GƏNC İSTEDADLARIN AXTARIŞI

Demək olar ki, hər həftə "YARAT!"ın ofisinə gənclərdən və istedadlı rəssamlardan maraqlı ərizələr daxil olur. Bu bizdə belə bir fikir oyatdı ki, yaradıcı gənclərlə müntəzəm görüşlərin keçirilməsi və konkurs əsasında yaxşı layihələrin seçilməsinə ehtiyac vardır. Beləliklə "ARTIM" layihəsi yarandı, müntəzəm keçirilən "Açıq Qapı" günləri artıq bir gənc rəssamın həyatını dəyişdi və onlarla digər istedadları aşkar etməyə imkan yaratdı. Birinci turun finalçısı Aqil Abdullayevin şəxsi sərgisi bu ilin iyul ayında "Bisque" konsepsial mağazasında təşkil edildi.

Yeni adlar və istedadlar demək olar ki, birbaşa və çox təbii surətdə "YARAT!"ın layihələrinin bir hissəsinə çevrilirlər, Rəssamlıq Akademiyasının ikinci kurs tələbəsi Şərqiyə Rəhmanlı kimi. Onun "Gələcəyə geri" adlı performans layihəsi "012 Public Art"ın daha təcrübəli iştirakçılarının işləri ilə bərabər səviyyədə təqdim edilmişdi.

Parlaq debütlərin böyük əksəriyyəti ilə xarakterik olan layihələrin siyahısına "BacarArt" layihəsini də əlavə etmək olar. Bu layihə onun bütün iştirakçılarına böyük mənəvi və yaradıcı zövq verdi, Azərbaycanın müxtəlif rayonlarından olan təminatsız və az təminatlı ailələrin uşaqlarına incəsənətlə özlərini ifadə etməyi öyrənmək şansını yaratdı."YARAT!"la daima əməkdaşlıq edən gənc rəssamlardan ibarət qruplar bir neçə həftə boyunca uşaqlara qrafikanın əsaslarını, fotoqrafiyanı və kollajı öyrədirdilər. Layihə xeyriyyə xarakteri daşıyırdı və sərgi 20 noyabrda Uşaqların Beynəlxalq Müdafiə Günündə təşkil olunmaqla sübut etdi ki, cəmiyyət tərəfindən bu kimi aksiyalara ciddi maraq var. Uşaqlar tərəfindən yaradılmış işlərin böyük hissəsi alıcılarını tapdı və bütün işlərdən toplanan vəsait "Dövlət ailə, qadın və uşaq problemləri üzrə komitəyə" təqdim edildi ki, komitə də öz növbəsində bunu gənc istedadlara istiqamətləndirsin.

"ART 21" filmi və digər təhsil layihələri

"YARAT!" bir sıra təhsil layihələrinin təşəbbüsçüsü və təşkilatçıları kimi çıxış etmişdir: onların siyahısına müasir incəsənətə dair mühazirələr silsiləsi də daxil idi ki, bu da "ГЦСИ"dən olan rusiyalı mütəxəsislər ilə birgə düşünülmüş və həyata keçirilmişdir. Layihə çərçivəsində "Üns Yaradıcı Səhnəsində" mühazirələri mütəxəsislər Leonid Aleksandroviç Bajanov, Aleksandra Obuxova, Tatyana Volkova, incəsənət tarixçisi, rəssam və partizaning.org saytının redaktoru Anton Polskiy, həmçinin Rusiyada və Avropada çoxsaylı sərgilərin kuratoru Vitali Vladimiroviç Paçyükov oxumuşlar.

Həmin səhnədə üç dəfə "İncəsənət 21-ci Əsr" adlı sənədli silsilədən, "Peabody" prestijli amerika televiziya mükafatını almış ən təzə epizodlar da göstərilmişdir. Silsilə 2001-ci ildə "PBS" kanalı tərəfindən yaradılmış və müasir incəsənəti kütləvi auditoriyaya çatdırmaq məqsədi ilə aparılır. Bu gün film dünyanın 50 ölkəsində məşhurluq qazanmış və Azərbaycanda tamaşaçıları onunla məhz

"YARAT!" tanış etmişdir. Bütün film nümayişləri müsuqişünas, Avropa Mədəniyyət Parlamentinin üzvü cənab Cahangir Səlimxanovun şərhləri ilə müşayət olunmuşdur.

YENİ ƏRAZİLƏRİN FƏTHİ

Bu ilin noyabr ayında "YARAT!" "BakuTel-2012" sərgisində telekommunikasiya və informasiya texnologiyaları sferasında lider olan böyük beynəlxalq şirkətlərlə bərabər iştirak etmişdir. Bizim sərgi salonunda olan stentimizi müasir incəsənətlə yüksək texnologiyalar arasında möhkəm əlaqənin özünəməxsus təsdiqi kimi hesab etmək olar.

Yalnız "YARAT!"ın son bir il yarım ərzində əsas qələbəsi və uğuru kimi biz SİZİ hesab edirik! Çünki, əziz dostlar, məhz Sizin maraq və dəstəyiniz sayəsində yuxarıda sadalananları etmək mümkün olmuşdur və biz 2013-cü ildə də sizə məmnuniyyətlə zövq verməkdə davam edəcəyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti