...

“IX korpus” qısametrajlı sənədli filminin çəkilişləri başa çatıb (FOTO)

Mədəniyyət Materials 8 Yanvar 2013 12:01 (UTC +04:00)
2013-cü ildə filmin təqdimatının keçirilməsi planlaşdırılır.
“IX korpus” qısametrajlı sənədli filminin çəkilişləri başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyasında ekranlaşdırılan "IX korpus" qısametrajlı sənədli filminin çəkilişləri başa çatıb.

Trend-in nazirliyin rəsmi saytına istindən verdiyi məlumata görə, ekran əsərinin rejissoru Tahir Əliyevdir. "IX korpus" qısametrajlı filmi keçmiş Yuqoslaviyada alman faşistlərinə qarşı mübarizə aparan korpusun daxilində "Russkaya çetna" adlı azərbaycanlılardan ibarət batalyonun döyüş yolundan bəhs edir.

2013-cü ildə filmin təqdimatının keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti