...

YARAT! Müasir İncəsənət Məkanı Aleksandr Şvartzın mühazirəsini təqdim edir (FOTO)

Mədəniyyət Materials 15 May 2013 11:03 (UTC +04:00)
Mühazirənin mövzusu “Muzey dizaynının və muzey memarlığının gələcəyi” olacaq.
YARAT! Müasir İncəsənət Məkanı Aleksandr Şvartzın mühazirəsini təqdim edir (FOTO)

Azərbaycan, Bakı, 15 may /Trend/

Mühazirənin mövzusu "Muzey dizaynının və muzey memarlığının gələcəyi" olacaq.

Aleksandr Şvartz memarlıq sahəsində bir çox mükafatın sahibi və irimiqyaslı layihələrin, o cümlədən, Berlində Muzey adasında yerləşən Ceyms Simon Muzeyinin, Marbaxda Ədəbiyyat Muzeyinin və Essen şəhərində yerləşən Folkvanq Muzeyinin müəllifidir. Şvartz uzun illərdir ki, tədris fəaliyyəti ilə məşğuldur və Münster Memarlıq Məktəbinin dəvət olunmuş professoru kimi çalışır.

Şvartz "David Chipperfield Architects" şirkətinin London ofisi ilə əməkdaşlıq etməyə hələ 1996-cı ildə başlayıb və 1998-cu ildə şirkətin Berlində yerləşən ofisi ilə əməkdaşlıq əlaqələrini qurmağa müvəffəq olub. Hazırda yuxarıda qeyd olunan şirkətin ofisləri London, Berlin, Milan və Şanxay şəhərlərində yerləşir. Şirkət eyni zamanda mədəniyyət və kommersiya fəaliyyətləri ilə məşğuldur və onun həyata keçirdiyi layihələr həm özəl, həm də dövlət sektorunda icra olunmaqdadır. Şirkətin bugünədək reallaşdırdığı layihələrin siyahısına nəzər yetirsək, orada muzeyləri, kitabxanaları, özəl mənzilləri və evləri, hotelləri, habelə ofis binalarını və ticarət mərkəzlərini aşkar edə bilərik. Şirkət mütəxəssisləri tərəfindən işlənib hazırlanan memarlıq layihələri əllidən artıq müsabiqədə qalib gəlib və RlBA, RF AC, AlA mükafatlarına, habelə 2007-ci ildə RlBA Stirling Prize mükafatı və Müasir Memarlıq sahəsində Avropa İttifaqının xüsusi mükafatına layiq görülüb.

Mühazirə may ayının 14-də saat 15:00-da "ÜNS" teatrında təşkil olunacaq (mühazirə bir saat otuz dəqiqə dava edəcək).

Ünvan: Neftçilər prospekti, 69

Giriş pulsuzdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti