...

İsveçdə "Eurovision 2013" mahnı müsabiqəsinin finalı keçirilir

Mədəniyyət Materials 19 May 2013 00:03 (UTC +04:00)
Bu gün İsveçin Malmö şəhərində "Eurovision 2013" mahnı müsabiqəsinin finalı keçirilir.
İsveçdə "Eurovision 2013" mahnı müsabiqəsinin finalı keçirilir

Azərbaycan, Bakı, 19 may /Trend/

Bu gün İsveçin Malmö şəhərində "Eurovision 2013" mahnı müsabiqəsinin finalı keçirilir.

Trend-in məlumatına görə, final mərhələsində 58-ci "Eurovision" mahnı müsabiqəsinin qalibi adını qazanmaq uğrunda 26 ölkə təmsilçisi yarışır. Bu ölkələrdən 20-si mayın 14 və 16-da keçirilən yarımfinallardan seçilib.

Müsabiqənin yaradıcılarından hesab edilən "Böyük beşlik" - İspaniya, Almaniya, Böyük Britaniya, İtaliya, Fransa və ev sahibi İsveç təmsilçiləri bu gün birbaşa finalda yarışırlar.

Azərbaycanı "We are one"- "Biz birik" şüarı ilə keçirilən builki müsabiqədə təmsil edən Fərid Məmmədov səhnəyə 20-ci çıxacaq. O, musiqisi Dimitros Kontopulos, sözləri Con Ballard və Ralf Çarliyə məxsus "Hold me" mahnısını səsləndirəcək.

Şounu Petra Mede və "Green Room"da 2011-ci ildə İsveçi "Eurovision" mahnı müsabiqəsində təmsil edən Eric Saade aparır.

Qalibi 39 ölkənin münsiflər heyəti və tamaşaçıları müəyyən edəcək.

Qeyd edək ki, artıq müsabiqədə yarışan ölkələrin münsiflər heyəti öz səsvermə nəticəsini təmsilçilərin dünən juri finalındakı çıxışına görə müəyyənləşdirib. Bu gün isə 39 ölkə tamaşaçıları sonuncu ifaçının çıxışından sonra 15 dəqiqə ərzində səs verəcək. Azərbaycan tamaşaçısı ölkə təmsilçimiz istisna olmaqla, bəyəndikləri ifaçının səhnəyə çıxış nömrəsini mobil telefonlardan 9450-yə yollamaqla ona səs göndərə bilərlər. Azərbaycandan digər ölkə təmsilçilərinə verilən xallar 13-cü açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti