...

Azərbaycanın "Eurovision 2013" müsabiqəsindəki təmsilçisi 2-ci oldu (VIDEO)

Mədəniyyət Materials 19 May 2013 03:25 (UTC +04:00)
İsveçin Malmö şəhərində keçirilən "Eurovision 2013" mahnı müsabiqəsinin qalibi Danimarka təmsilçisi Emmili de Forest olub.
Azərbaycanın "Eurovision 2013" müsabiqəsindəki təmsilçisi 2-ci oldu (VIDEO)

Azərbaycan, Bakı, 19 may /Trend/

İsveçin Malmö şəhərində keçirilən "Eurovision 2013" mahnı müsabiqəsinin qalibi Danimarka təmsilçisi Emmili de Forest olub. Səsvermənin nəticəsinə əsasən, o, 281 xal toplayıb.

Trend-in məlumatına görə, Azərbaycanı müsabiqədə təmsil edən Fərid Məmmədov 234 xalla 2-ci olub. O, musiqisi Dimitros Kontopulos, sözləri Con Ballard və Ralf Çarliyə məxsus "Hold me" mahnısını səsləndirib.

Qeyd edək ki, Azərbaycana yüksək xallar bu ölkələrdən gəlib: İsrail (12), Avstriya (12), Macarıstan (12), Bolqarıstan (12), Rusiya (12), Malta (12), Yunanıstan (12), Gürcüstan (12), Monteneqro (12), Litva (12), Rumıniya (10), Belarus (10) və Ukrayna (10).

Moldova, Fransa və Kiprdən Azərbaycana 8 bal verilib.

Azərbaycan isə 8 balı Maltaya, 10 balı Gürcüstana, 12 balı Ukraynaya verib.

Müsabiqədə 3-cü yeri 214 xal toplayan Ukrayna təmsilçisi Zlata Oqneviç tutub.

Final mərhələsində 58-ci "Eurovision" mahnı müsabiqəsinin qalibi adını qazanmaq uğrunda 26 ölkə təmsilçisi yarışıb.

Qalibi 39 ölkənin münsiflər heyəti və tamaşaçıları müəyyən edib.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti