...

Azərbaycanlı iştirakçı: Azərbaycan növbəti dəfə “Eurovision”da layiqincə çıxış etdi (FOTO)

Mədəniyyət Materials 21 May 2013 13:48 (UTC +04:00)
Azərbaycan “Eurovision” mahnı müsabiqəsində yenidən layiqincə çıxış etdi və uğura nail oldu.
Azərbaycanlı iştirakçı: Azərbaycan növbəti dəfə “Eurovision”da layiqincə çıxış etdi (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir V.İmanov/

Azərbaycan "Eurovision" mahnı müsabiqəsində yenidən layiqincə çıxış etdi və uğura nail oldu. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında azərbaycanlı iştirakçı Fərid Məmmədov bildirib.

O, bu gün gənclərin müşayiəti ilə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

İsveçin Malmö şəhərində keçirilən yarışda ikinci yeri tutan Fərid Məmmədov göstərdiyi dəstəyə görə bütün Azərbaycan xalqına öz minnətdarlığını bildirib.

Onun sözlərinə görə o, yeni layihələr, konsertlər planlaşdırır. Həmçinin xarici şirkətlərdən əməkdaşlıq barədə təkliflər də gəlib:

"Mən "Eurovision"u yenidən Bakıya gətirməyi çox istəyirdim və inanıram ki, ən yaxın vaxtda bu gerçəkləşəcək. Çünki Azərbaycan bütün çıxışlar boyu yaxşıların arasındadır".

Onun sözlərinə görə, o, "Eurovision" səhnəsində ən yaxşı çıxış göstərməyə çalışdı və Azərbaycanın çıxışı yüksək qiymətləndirilib:

"Malmödə heç bir problem yaşanmadı, hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Sevindirici haldır ki, bizim səylərimiz boşa getmədi. Çox çətin idi, lakin biz uğur əldə etmək üçün çox çalışdıq. İnanıram ki, gələcəkdə biz yenidən birinci olacayıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti