...

Azərbaycan və Mərakeş arasında mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Mədəniyyət Materials 30 May 2013 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Mərakeşin mədəniyyət naziri Məhəmməd Amini Səbuhi arasında Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində görüş keçirilib.

Trend-in məlumatına görə, görüş zamanı iki ölkə arasında mədəni sahədə əməkdaşlıq və inkişaf perspektivləri müzakirə olunub.

Mərakeş mədəniyyət nazirinin Azərbaycana gəlişindən məmnunluq duyduğunu deyən Qarayev qeyd edib ki, bu səfərlərdən sonra iki ölkə arasında mədəniyyət əlaqələri daha da güclənəcək. Nazir ümidvar olduğunu deyib ki, mərakeşli həmkarının Azərbaycana səfəri uğurlu və səmərəli keçəcək.

Mərakeşli nazir isə öz növbəsində, foruma dəvətə görə öz təşəkkürünü bildirib. Nazir qeyd edib ki, bu forum Azərbaycanın mədəniyyətlərin yaxınlaşmasına göstərdiyi diqqətin göstəricisidir: "Mərakeş hesab edir ki, mədəniyətlərarası dialoq digər mədəniyyətlərə yoldur və bu cür tədbirlərin keçirilməsi çox vacibdir. "Başqa mədəniyyətlərlə tanış olmaq müxtəlif xalqlar üçün vacibdir, o cümlədən Azərbaycan mədəniyyəti ilə də tanış olmaq Mərakeş üçün vacibdir".

Mərakeşli nazir, həmçinin ölkəsinin Azərbaycanın mədəniyət sahəsində təcrübəsindən yararlanmaq istədiyini diqqətə çatdırıb. O qeyd edib ki, Mərakeş ilə Azərbaycan arasında mədəni sahədə əlaqələri genişləndirmək imkanları böyükdür. Məhəmməd Amini Səbuhi, həmçinin azərbaycanlı həmkarını Mərakeşə səfər etməyə dəvət edib.

Əbülfəs Qarayev, öz növbəsində, dəvətə görə təşəkkürünü bildirib. Nazir qeyd edib ki, növbəti dəfə Mərakeşdə Azərbaycan günləri keçirilən zaman nümayəndə heyətinin tərkibində təmsil olunacaq.

Görüş zamanı, həmçinin Azərbaycan ilə Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlıq üzrə növbəti fəaliyyət planının hazırlanması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti