...

Bəstəkar Şəfiqə Axundova vəfat edib

Mədəniyyət Materials 26 İyul 2013 12:47 (UTC +04:00)
Uzun müddətdir səhhətində problemlər yaşayan Şərqin opera yazan ilk qadın bəstəkarı, xalq artisti Şəfiqə Axundova bu gün dünyasını dəyişib.
Bəstəkar Şəfiqə Axundova vəfat edib

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Uzun müddətdir səhhətində problemlər yaşayan Şərqin opera yazan ilk qadın bəstəkarı, xalq artisti Şəfiqə Axundova bu gün dünyasını dəyişib.

Bəstəkarın ailəsindən cümə günü Trend-ə verilən məlumata görə, bir neçə həftə əvvəl Bakıya müalicəyə gətirilən Şəfiqə Axundova bu gün müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur. Şəfiqə xanım həm də bir sıra gözəl mahnaların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.

Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1971-ci ildə "Gəlin qayası" operası ilə müsiqisevərləri valeh edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti