...

Azərbaycan Macarıstanda XIII Beynəlxalq folklor festivalında təmsil olunacaq

Mədəniyyət Materials 2 Avqust 2013 15:12
Azərbaycanın Şuşa şəhəri ilə qardaşlaşan Macarıstan şəhəri Döndöşdə avqustun 5-dən 11-dək XIII Beynəlxalq folklor festivalı keçiriləcək.
Azərbaycan Macarıstanda XIII Beynəlxalq folklor festivalında təmsil olunacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Azərbaycanın Şuşa şəhəri ilə qardaşlaşan Macarıstan şəhəri Döndöşdə avqustun 5-dən 11-dək XIII Beynəlxalq folklor festivalı keçiriləcək.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, builki festivalda ev sahibləri ilə bir sırada Serbiya, Braziliya, Gürcüstan, Panama, Polşa, Yunanıstan, İndoneziya, Kolumbiya, Çin və Fransadan gəlmiş musiqi və rəqs ansamblları çıxış edəcəklər.

Döndöş meriyasının dəvəti ilə qardaş şəhər Şuşanın mahnı və rəqs ansamblı bu mötəbər musiqi festivalında ölkəmizi təmsil edəcək. 25 nəfərdən ibarət ansambl üzvləri festival proqramlarında və qala-konsertdə çıxış etməklə yanaşı, Döndöş və Budapeştdə də konsertlər verməyi planlaşdırır. Eyni zamanda, onların iştirakı ilə avqustun 10-da Döndöşdə "Azərbaycan gecəsi" keçiriləcək.

Qardaş şəhərlər kimi Şuşa və Döndöş il ərzində bir sıra digər mədəni proqramları da hazırlayıb həyata keçirmək niyyətindədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti