...

Bakıda III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının açılışı olub

Mədəniyyət Materials 23 Sentyabr 2013 12:05 (UTC +04:00)
Bu gün Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının açılışı olub.
Bakıda III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının açılışı olub

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının açılışı olub.

Trend-in məıumatına görə, tədbirin açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, sərgi çərçivəsində 100-ə qədər təqdimatın keçirilməsi nəzərdə tutulur. Sərgidə 25 ölkədən 125 nəşriyyat evi öz məhsulunu təqdim edir: "Bu sərgi Azərbaycanda kitab işinə beynəlxalq marağın nəticəsidir. Belə tədbirlərin sayının artırılması vacibdir. Azərbaycanda bir həftə müddətində kitab bayramı qeyd ediləcək. Bu tədbirlər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunub. Sentyabrın 25-də Opera və Balet teatrında Milli Kitabxanıann 90 illik yubileyi qeyd olunacaq".

Ə.Qarayev bildirib ki, bundan sonra bu sərgi iki ildən bir keçiriləcək. Nazir bildirib ki, builki sərgidə nəşriyyat evlərinin fəal iştirak etməsi çox sevindiricidir: "Ümumiyyətlə, Azərbaycan il ərzində altı-yeddi beynəlxalq kitab sərgisində iştirak edir və həmişə böyük uğurlarla ölkəmizə qayıdırıq. Bu kitab bayramı münasibətilə hər kəsi təbrik edirəm. İnanıram k, Azərbaycan kitabı həmişə yaşayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti