...

Azərbaycanda Beynəlxalq Abidələr Günü və "Avropa irs günləri"ndə ilk dərslər mədəni irsə həsr oluna bilər

Mədəniyyət Materials 2 Oktyabr 2013 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyindən Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə və "Avropa irs günləri"ndə ilk dərslərin abidələr, mədəni irslərə həsr edilməsini xahiş edib.

Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Trend-ə bildirib ki, 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə orta məktəblərdə ilk dərsin tarixi abidələr, mədəni irslə bağlı olmasını beynəlxalq təşkilatlar da tövsiyə edib:

"Digər tərəfdən, biz özümüz də istəyirik ki, gənc nəslimizin tarixi abidələrimizə, arxeoloji qazıntılarımıza, mədəni irsimizə marağı artsın. Təhsil Nazirliyindən "Avropa irs günləri"ndə də dərslərin bu mövzuya həsr edilməsini xahiş etmişik. Mümkün olan yerlərdə bunu edirlər".

Belə bir təcrübənin dünyada tətbiq olunduğunu deyən nazir müavini artıq Azərbaycanda da bunun reallaşdığını söyləyib.

O, qeyd edib ki, belə dərslərin keçirilməsi təhsil prosesinə xələl gətirməməlidir: "Sistemli şəkildə hər gün, həftədə 1 dəfə belə dərslərin keçirilməsi mümkün deyil, çünki Təhsil Nazirliyinin öz tədris planı var. Adıçəkilən günlərdə belə dərslər keçirilərkən təhsil prosesinə xələl gəlməli deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti