...

"Arşın mal alan" operettasının 100 illik yubileyi münasibətilə tədbirlər keçiriləcək

Mədəniyyət Materials 22 Oktyabr 2013 21:33 (UTC +04:00)
Oktyabrın 25-də dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" operettasının 100 yaşı tamam olur.
"Arşın mal alan" operettasının 100 illik yubileyi münasibətilə tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Oktyabrın 25-də dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" operettasının 100 yaşı tamam olur.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, bu münasibətlə bəstəkarın Ev Muzeyində oktyabrın 23-də konfrans, 25-də isə "Əsrləri fəth edən Arşın malçı" adlı tədbir keçiriləcək.

Ev Muzeyində, həmçinin əsərin 100 illik səhnə həyatını işıqlandıran sərgi olacaq.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Musiqili Teatrının aktyorlarının ifasında "Arşın mal alan" operettasından parçalar nümayiş etdiriləcək, musiqilər səslənəcək.

Tədbirlərdə bir sıra qurumların rəhbərlərinin, elm və mədəniyyət xadimlərinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti