...

Taus Maxaçeva “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə mühazirə keçirib

Mədəniyyət Materials 4 Noyabr 2013 10:00 (UTC +04:00)
“YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Taus Maxaçeva “Dağıstanlılara nəzər, dağlardan baxış” mövzusunda açıq mühazirə keçirib və öz əsərlərindən söhbət açıb.
Taus Maxaçeva “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə mühazirə keçirib

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

"YARAT!" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Taus Maxaçeva "Dağıstanlılara nəzər, dağlardan baxış" mövzusunda açıq mühazirə keçirib və öz əsərlərindən söhbət açıb.

Trend "AzərTAc"a istinadən xəbər verir ki, Taus Maxaçevanın yaradıcılığında əks olunan Qafqaz regionunun sosial və bədii təzahürünün mərkəzi mövzularından biri kimi mədəni, etnik eynilik "koordinat sisteminin" - yeni həyat şəraitində mədəni-etik uyğunlaşma seçimi ilə qırılmaz şəkildə bağlıdır.

Rəssam fərasətlə dəyişikliklərin həyəcanlı işarələrini qeyd edir: yeniliklərin xaotik axın vəziyyəti və dünyanı dərk etmənin ənənəvi sisteminin transformasiyası, sivilizasiyalı dünyanın "cəlbedici" obrazlarının fraqmentləri və əlaqəsiz parçaları. Bu axını müəyyən çərçivəyə salmağa cəhd edərkən o, sual verir: "Yeni sosial ümumiliyin eyniliyi necə formalaşır?"

Taus Maxaçevanın sənət işləri irəli atılmış suala cavabın tərtib olunması, onun ənənəvi mədəni sistem və müasir simvol və işarələri eyni formada izah edən şüursuz mif yaratma prosesindən uzaqlaşaraq, keçmiş və ənənələrə, milli yaddaş və tarixə refleksiv və diqqətli yanaşmaya keçmənin vacib olduğunu göstərən bir imkandır.

Taus Maxaçeva (1983-cü ildə Moskvada anadan olub) müasir incəsənət sahəsində "İnnovasiya" Dövlət mükafatının ("Yeni Nəsil" nominasiyası, "Cəld və coşğunlar" layihəsi, 2012) sahibi və Kandinski mükafatının ("İlin media layihəsi" nominasiyası, 2011) namizədidir. "Müasir incəsənət" layihəsi üzrə Londonun Qoldsmit kollecinin bakalavr diplomu və Londonun İncəsənət Kral Kollecinin magistr dərəcələrinə malikdir.

Seçilmiş sərgilərinin siyahısına "Alüminium" (2009, Bakı, IV Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi), "Rusiya videoart tarixi", 3-cü cild (2010, Moskva, Moskva Müasir İncəsənət Muzeyi), "Gündəlik həyat təcrübələri" (2011, London, Kalvert 22), "Dəstəkləyən hərəkət" (mimesis, 2011, Milan, Impronte contemporary art), "Böyük Qafqaz" (2011, Perm, Perm Müasir İncəsənət Muzeyi), "Dünyaların üzünü köçürərək" (2011, Moskva, IV Moskva Müasir İncəsənət Biennalesi, əsas layihə), "Kvarantaniya" (2012, Soushempton, Con Hansard Qalereyası), "Maskulinlik topoqrafiyası" (2012, Liverpul, VII Liverpul Müasir İncəsənət Biennalesi, şəhər dövlət proqrammı) Re: emerge-yeni mədəni kartoqrafiyaya doğru (2013, XI Şarcah Biyennalesi, Şarcah, BƏƏ) daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti