...

"Cahan" Gənc Tamaşaçılar Teatrında konsert proqramı ilə çıxış edəcək (FOTO)

Mədəniyyət Materials 5 Aprel 2014 12:32 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Cahan” uşaq rəqs qrupunun təntənəli tədbiri keçiriləcəkdir.
"Cahan" Gənc Tamaşaçılar Teatrında konsert proqramı ilə çıxış edəcək (FOTO)

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Cahan" uşaq rəqs qrupunun təntənəli tədbiri keçiriləcəkdir. Müxtəlif yaş təbəqələrindən ibarət uşaq rəqs qrupu artıq 7-ci ildir ki, uğurla fəaliyyət göstərir.

Bu illər ərzində kollektiv Türkiyənin bir çox şəhərlərində və İran İslam Respublikasında keçirilən uşaq festivallarında müvəffəqiyyətlə ölkəmizi təmsil edərək müxtəlif diplom və mükafatlara layiq görülmüşdür.

Aprel ayının 7-də saat 19.00-da keçiriləcək tədbir rəqs qrupunun 7 illik uğurlu fəaliyyətini əks etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti