...

Vyana Ştraus Festival Orkestrinin konsertinin videoçarxı yayımlandı (VİDEO)

Mədəniyyət Materials 6 Noyabr 2014 15:30 (UTC +04:00)
Vyana Ştraus Festival Orkestrinin noyabrın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinin videoçarxı yayımlanıb.
Vyana Ştraus Festival Orkestrinin konsertinin videoçarxı yayımlandı (VİDEO)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Vyana Ştraus Festival Orkestrinin noyabrın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinin videoçarxı yayımlanıb.

Qeyd edək ki, bu, dünya şöhrətli orkestrin Bakıda ilk çıxışı olacaq. Konsert orkestrin bədii rəhbəri Peter Qutun dirijorluğu ilə keçəcək.

Proqramda dünya şöhrətli avstriyalı bəstəkar, "valsın kralı" İohan Ştrausun (Johann Strauss) "Mavi Dunay", "Vyana meşəsinin nağılı" kimi bir sıra məşhur əsərləri təqdim olunacaq. Konsertdə, həmçinin digər Vyana klassiklərinin - ata İohann Ştraus (Johann Strauss Senior), Yozef Ştraus (Josef Strauss), Eduard Ştraus (Eduard Strauss), Karl Mixael Zirer (Carl Michael Ziehrer), Franz Lehаr (Franz Lehár), Robert Stolz (Robert Stolz) və İmre Kalmanın (Imre Kálmán) əsərləri səsləndiriləcək. Proqramda operettalardan parçaları orkestrin solisti - soprano Monika Mozer ifa edəcək.

Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir və Vyana şəhərinin musiqi mədəniyyətinin qoruyucusu rolunda çıxış edir.

Orkestr müxtəlif festivalların, həmçinin Avropada hər il keçirilən Ştraus Festivalının daimi iştirakçısıdır. Hər il yanvarın 1-də məşhur Vyana bal festivalı bu musiqi kollektivinin iştirakı ilə açılır.

Orkestr 35 illik fəaliyyəti ərzində Yaponiya, Çin, Koreya, Rusiya, Türkiyə, Rumıniya və digər ölkələrdə çıxış edərək böyük tamaşaçı auditoriyasının qəlbini fəth edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti