...

II Buta İncəsənət Festivalı Londonda (FOTO)

Mədəniyyət Materials 7 Noyabr 2014 16:05 (UTC +04:00)
Londonda Buta Azərbaycan İncəsənəti Festivalı start götürüb
II Buta İncəsənət Festivalı Londonda (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Londonda möhtəşəm "Royal Albert Hall"da Buta İncəsənət Mərkəzinin təşkil etdiyi II Buta Azərbaycan İncəsənəti Festivalı başlayıb. Açılış mərasimində xüsusi qonaq qismində dünya şöhrətli italyan tenor Andrea Boçelli çıxış edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, böyük açılış qala konserti London Filarmonik Kral Orkestrinin müşayiəti ilə Azərbaycan və xaricdən olan müğənnilər və beynəlxalq musiqiçilərin iştirakı ilə xüsusilə seçilib. Konsert klassik musiqidən ənənəvi muğama qədər, Azərbaycanın duyğulu və emosional milli mahnısından Montreux mükafatının laureatı İsfar Sarabskinin qabaqcıl müasir cazına qədər bir çox müxtəlif janrlarla fərqlənib.

İfaçılar sırasında məşhur sopranolar Joan Rodgers CBE və Burçin Savigne, tenor Jeffrey Lloyd-Roberts, habelə virtuoz skripkaçı Shlomo Mintzin adını çəkmək olar.

İkinci Buta İncəsənət Festivalı beş ay ərzində davam edəcək və Londonda keçiriləcək müxtəlif tədbirləri əhatə edəcək. Bu tədbirlər çərçivəsində Azərbaycan xalçaçılıq sənətinin qədim texnikasından tutmuş müasir fotoqrafların yaradıcılığı, caz musiqiçilərinin asan tanınan sədaları və müasir immersiv teatr atmosferində canlı çıxışlarının həyəcanına qədər geniş spektrdə incəsənət nümayiş etdiriləcək.

Festival çərçivəsində, həmçinin "Saatchi" qalereyasında və "Louise Blouin" Fondunda müasir incəsənət sərgiləri keçiriləcək. Eyni zamanda, "Barbican"dan "Southwark Cathedral"a qədər məkanlarda baş tutacaq çıxışlar Azərbaycan musiqisinin klassik janrından müasir janrına qədər tam spektrini əhatə edəcək. Festival boyunca YARAT Müasir İncəsənət Məkanını təmsil edən yeddi rəssam öz əsərlərini Londonun ictimai yerlərində nümayiş etdirəcək.

Buta İncəsənət Mərkəzinin direktoru Nəsib Piriyev festival haqqında bildirib: "Mən Londonun ən sevilən yerlərinin birində keçirilən tədbirlə II Buta İncəsənət Festivalını açmağa şadam. Azərbaycanın zəngin və əsrarəngiz incəsənəti öz xalqı və bölgədəki qonşuları tərəfindən çox sevilsə də, buna rəğmən hələ dünyanın bir çox yerlərində nisbətən az tanınır. Azərbaycanın incəsənəti və ruhunu Böyük Britaniyanın paytaxtına gətirməklə, Buta İncəsənət Mərkəzi irsimizi və inkişaf edən müasir pyeslərimizi Londonun dünya səhnəsində paylaşmaqdan sevinc hissi duyur".

Buta Festivalının Londonda təsdiq olunmuş tədbirləri

2014-cü il

4 Noyabr - Buta Grand Opening Gala Royal Albert Hall`da keçiriləcək konsert üslublu festivalına start verir
18 Noyabr - Muğam Gecəsi Southwark Cathedral`da gospel musiqisi və ənənəvi muğam konserti
27 Noyabr - Arslan Növrəsli ilə TARIN kəşf edilməsi Central Hall Westminster`də Azərbaycanın ənənəvi musiqi aləti Tarı kəşf edən ifa
9 Dekabr - Niyazi Barbican-da musiqiçi və dirijor Niyazinin şərəfinə veriləcək konsert
10 Dekabr - Zones of Silence(Sakitlik zonaları) Mozaika Otağında fotoqraf Rəna Əffəndinin işlərinin nümayişi
11 Dekabr - Films Delicatessen Buta Films`in Sonuncu adlı filminin Curzon Mayfair`da nümayişi daxil olmaqla 2014-ci ildə Kann Qısametrajlı Film Palme d'Or`da doqquz qısametrajlı filmlərin nümayişi
16 Dekabr - Vagif Onun vəfatının ildönümündə, biz Central Hall Westminster`da caz pianoçu və bəstəkar Vaqifin musiqisini qeyd edirik
Dekabr Buta Kitchen Buta Kitchen`dan Azərbaycanlı aşpazlarımız Milad gününə ərəfəsində Londonun marketlərində yemək bişirəcəklər

2015-ci il

20 Yanvar - Black Yanvar (Qara yanvar) Frontline Club`da müzakirələr

27 Yan- 6 Fev Faig Ahmed & Aida Mahmudova Louise Blouin Fondunda iki parlaq rəssamın sərgisi
3 Fev - 15 Fev Alexandra Kremer Asiya Evində fotosərgi
16 - 19 Fevral Sotheby`də Azərbaycanın ənənəvi xalçaları ilə yanaşı müasir rəssam Mir Cavadın sərgisi
26 Fev- 22 Mart Waiting Room(Gözləmə otağı) Paddington Station`da duyğulu fotoşəkillərin nümayişi
11 - 23 Mart Paolo Colombo rəhbərliyi altında Saatchi Gallery`də Fərhad Xəlilovun nümayiş etdirilmiş əsərlərinin sərgisi,
17-18 Mart 1001 Nights (1001 gecə) Sadler's Wells`də Azərbaycan balet tamaşası
12 Mart Caspian Lights (Xəzərin İşıqları) Guildhall`da Azərbaycan musiqisi konserti
22 Mart Novruz Carnival (Novruz Karnavalı) Novruz bayramının ilk dəfə belə miqyasda ictimaiyyət arasında qeyd olunması Londonun mərkəzində keçiriləcək.

Bununla yanaşı, digər maraqlı tədbirlər , o cümlədən The Teleskop-un immersiv teatr tamaşası, Jazzerbaijan və Şahin Növrəsli performansı ilə Azərbaycanın gənc caz istedadını nümayiş etdirən konsertlər də olacaq.

Ətraflı məlumat üçün: www.butafestival.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti