...

"Euronews" Bakının teatr konfransı haqqında material dərc edib (VİDEO)

Mədəniyyət Materials 11 Noyabr 2014 13:52 (UTC +04:00)
Azərbaycanda "Teatr sənətinin multikulturalizm – universal dəyərlər sistemində yeri" mövzusunda Beynəlxalq Teatr Forumu keçirilib. Forum artıq üçüncü dəfədir Bakıda təşkil olunur.
"Euronews" Bakının teatr konfransı haqqında material dərc edib (VİDEO)

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Azərbaycanda "Teatr sənətinin multikulturalizm - universal dəyərlər sistemində yeri" mövzusunda Beynəlxalq Teatr Forumu keçirilib. Forum artıq üçüncü dəfədir Bakıda təşkil olunur.

Trend xəbər verir ki, "Euronews" telekanalının məlumatına görə, konfrans müasir teatrın reallıqlarına və tamaşaçıya görə mübarizə aspektlərinə həsr edilmişdi.

Bakıdakı forumda müasir kino və teatr mədəniyyətinin ən görkəmli xadimlərindən biri olan polşalı rejissor Kşiştof Zanussi çıxış edib.

Onun sözlərinə görə, hazırda səhnə incəsənəti məkanı getdikcə daralır, o virtual dünyadan getdikcə asılı olur, vitual dünyada isə vaxt və məkan anlayışı tamamilə fərqlidir. Məkan və fəaliyyət şəraitlərinin birliyi ancaq teatrda mümkündür.

Konfrans iştirakçıları Bakının teatr həyatı ilə tanış olublar, xüsusi ilə qonaqlar Azərpaşa Nemətovun "Şah Qacar" tamaşasını yüksək qiymətləndiriblər. Tamaşa Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunur.

Konfransın adı onu göstərir ki, universal və milli dəyərlər mövzusu bir çox teatr ənənələri üçün hazırda aktualdır.

İki gün ərzində konfransda 40-dan artıq natiq çıxış edib.

"Euronews"un Bakıdakı jurnalisti Volfqanq Şpindler məlumat verir ki, konfrans iştirakçıları təcrübələri, təəssüratları və biliklərini bölüşüblər: "Hər şey olduqca maraqlı idi. Xoşbəxtlikdən teatr hələ yaşayır və teatr haqqında konfransdan daha canlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti