Azərbaycan, Bakı, 14 noyabr /Trend/
Azərbaycanda I Mövsüm Səyahət Yarmarkası keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi, respublikamızda fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin Yeni il tur paketlərinin əlverişli şərtlərlə şəhərimizin sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə Azərbaycanda ilk dəfə "Mövsüm Səyahət Yarmarkası" layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.
Birinci Mövsüm Səyahət Yarmarkası Azərbaycan Turizm Assosiasiyasının (AzTA) təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə sabah "Park Bulvar" alış-veriş mərkəzinin birinci mərtəbəsində keçirilicək.
Tədbir saat 12:00-dan 20:00-dək davam edəcək.