Azərbaycan, Bakı, 18 dekabr /Trend/
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant yardımı çəçivəsində 19-cu əsrin görkəmli şairi Mirzə Şəfi Vazehin internet portalı hazırlanıb.
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncə şəhərində həmin portalın təqdimatı keçirilib. İnternet portalında şairin həyat və yaradıcılığı barədə geniş məlumatlar var.
Bundan başqa, saytda M.Ş.Vazehin şeirləri, kitabları, fotoarxivi barədə bilgilər yer alıb.
Gənclər Fondunun nümayəndəsi Ramin Cəfərov qeyd edib: "Mirzə Şəfi Vazehin 220 illik yubileyi ilə əlaqədər Gəncədə bir çox tədbirlər keçirilir. Bugünkü təqdimat da həmin tədbirlərin davamı kimi dəyərləndirilməlidir. Biz daim yerlərdə gənclərin bu cür layihələrini dəstəkləyirik".