Azərbaycan, Bakı, 17 fevral /Trend/
Dövlət Kreml Sarayında keçiriləcək "Məhəbbətin doğum günü" adlı tədbirdə azərbaycanlı bəstəkarın əsərləri səsləndiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, "Rusiyanın Dünya Fondu"nun təşəbbüsü ilə 12 mart 2015-ci il tarixində Moskva şəhərində Dövlət Kreml Sarayında keçiriləcək "Məhəbbətin doğum günü" adlı tədbirdə tanınmış azərbaycanlı bəstəkar, müğənni, beynəlxalq müsabiqələr laureatı Rizvan Sədirxanov iştirak edəcək.
Tədbirdə Rusiya estradasının müxtəlif ulduzlarının, Respublika qrupunun və azərbaycanlı bəstəkar R.Sədirxanovun mahnıları səsləndiriləcək.
Qeyd edək ki, tədbir Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə və Beynəlxalq Qadınlar Gününə həsr olunacaq.
Qeyd edək ki, 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bəstəkar və müğənni R.Sədirxanovun "Səmimi Qəlbdən" adlanan mahnılar toplusu nəşr olunub.