...

Ceyms Bondun toruna bu dəfə Belluççi düşəcək (FOTO)

Mədəniyyət Materials 19 Fevral 2015 15:51 (UTC +04:00)
İtaliyada məşhur casus Ceyms Bonda həsr edilmiş növbəti film çəkilir.
Ceyms Bondun toruna bu dəfə Belluççi düşəcək (FOTO)

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir Məftun Salmanov/

İtaliyada məşhur casus Ceyms Bonda həsr edilmiş növbəti film çəkilir. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni film "Spektr" adlanır. Filmin rejissoru Sem Mendesdir.

Ceyms Bond rolunu Deniel Kreyq oynayacaq. Onun filmdə tərəf müqabili isə Monika Belluççi olacaq.

Filmin ssenarisinə əsasən, Bond naməlum mənbədən şifrəli məlumat alır. Bu məlumat Bondu kod adı "Spektr" olan qlobal cinayətkar təşkilata aparıb çıxarır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti