...

Bilik Fondu sosial aksiya keçirdi - Hamı teatra (FOTO)

Mədəniyyət Materials 24 Fevral 2015 15:58 (UTC +04:00)
Teatr mədəniyyət ocağıdır. Bu məkan tamaşaçının qəlbini isidir, beynini sakitləşdirır, düşüncəsini duruldur. Konkretləşdirsək, belə deməliyik: teatr insana rahatlıq gətirir.
Bilik Fondu sosial aksiya keçirdi - Hamı teatra (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Teatr mədəniyyət ocağıdır. Bu məkan tamaşaçının qəlbini isidir, beynini sakitləşdirır, düşüncəsini duruldur. Konkretləşdirsək, belə deməliyik: teatr insana rahatlıq gətirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ali məqsədi də azərbaycanlıların ruhən rahatlıq tapmasıdır. Bütün yollar ruhi rahatlığa aparmalıdır.

Bilik Fondunun Perspektiv inkişaf və layihələrin monitorinqi qrupu məhz bu məqsədlə sınaq xarakterli kiçik sosial aksiya keçirib. Teatrlar mütəmadi olaraq Fondun əməkdaşlarını tamaşalara dəvət edirlər. Bu dəvəti yüksək dəyərləndirərək həm əməkdaşlarımız, həm də könüllülərimiz teatrların qonağı olurlar.

Növbəti dəvət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından gəldi. Repertuarda iki tamaşa var - Afaq Məsudun qələmə aldığı "Qatarın altına atılan qadın", Hüseynbala Mirələmovun "Xəcalət" pyesi.

Belə qərara gəldik: dəvətnamələri təsadüfi adamlara verək. Bunun üçün onları hansısa suala cavab verəcəkləri təqdirdə bilet qazanacaqları ilə sınağa çəkmədik. Ənənəvi qaydalardan vaz keçdik. Eləcə soruşduq: "Teatra getməyi xoşlayırsınız?" Kimin cavabındakı "hə" sevinc reaksiyasının nəticəsi idisə, ona dəvətnaməni təqdim etdik.

Tamaşa günləri Fondun əməkdaşları Dram Teatrında olacaqlar. Dəvətnamə alanların teatra münasibəti bir daha monitorinq ediləcək. Tamaşaya gələnlər mükafatlandırılacaqlar.

Bəli, nəyin bahasına olursa olsun, vətəndaşlarımızı yüksək səviyyəli teatra, kitaba, filmə, musiqiyə cəlb etməliyik. Həyat primitiv ola bilməz. Həyatımızı zənginləşdirək ki, yaşamaqdan zövq alaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti