...

Azərbaycanlı rejissorlar VII "Rofife Rotary" Qısa Film Festivalında (FOTO)

Mədəniyyət Materials 1 Aprel 2015 15:46 (UTC +04:00)
Azərbaycanlı rejissorlar VII "Rofife Rotary" Qısa Film Festivalında iştirak ediblər.
Azərbaycanlı rejissorlar VII "Rofife Rotary" Qısa Film Festivalında (FOTO)

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Azərbaycanlı rejissorlar VII "Rofife Rotary" Qısa Film Festivalında iştirak ediblər.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Türkiyənin Antalya şəhərində VII "Rofife Rotary" Qısa Film Festivalı keçirilib.

Festivalda fəxri qonaq qismində iştirak edən ölkəmizi tanınmış kino xadimi Ayaz Salayev və gənc rejissor Amil Məmiyev təmsil edib.

Festival çərçivəsində A.Salayev tərəfindən festival iştirakçıları üçün ustad dərsi təşkil olunub, Aralıq Dənizi Universitetində "Keçmişdən günümüzə Azərbaycan kinosu" mövzusunda keçirilən konfransda azərbaycanlı rejissorlar Azərbaycan kinosu ilə bağlı çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti