...

YARAT Müasir İncəsənət Mərkəzində unikal rəqs performansı nümayiş olunacaq

Mədəniyyət Materials 6 May 2015 11:51 (UTC +04:00)
YARAT Təşkilatı və Azərbaycanda Fransız İnstitutu fransız rəqqas və xoreoqrafı Emanuel Hüinin ifasında “Favn və əzəmətli nimfa” adlı müasir rəqs performansını təqdim edirlər.
YARAT Müasir İncəsənət Mərkəzində unikal rəqs performansı nümayiş olunacaq

Azərbaycan, Bakı, 6 may /Trend/

YARAT Təşkilatı və Azərbaycanda Fransız İnstitutu fransız rəqqas və xoreoqrafı Emanuel Hüinin ifasında "Favn və əzəmətli nimfa" adlı müasir rəqs performansını təqdim edirlər.

Təşkilatdan Trend-ə verilən məlumata görə, performans 1912-ci ildə Parisin Şatle teatrında ilk premyerası olmuş xoreoqraf Vaslav Nijinskinin "Favnın günortadan sonra istirahəti" bir aktlı baletinə istinadən hazırlanıb. Baletin dekorasiya və kostyumları rəssam Leon Bakst tərəfindən hazırlanıb, fototipiyalar (dekorasiyaların xüsusi nümayiş növü) isə Adolf de Meyerindir.

Təşkilatçıların sözlərinə görə, V.Nijinskinin yaratdığı bu əsərin əhəmiyyətini kəsb edən məqam odur ki, bu balet klassik ənənələr mühitində yaradıldığına baxmayaraq, rəqsdə müasirliyin başlanğıcı sayılır. Məhz bu fakt, sözügedən əsəri hər kəs üçün unikal və qeyri-adi edir.
Tədbir mayın 7-də saat 19:30-da keçirilir.
Giriş sərbəstdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti