...

Adolfo Kasaresin “La invención de Morel” kitabı Azərbaycan dilində

Mədəniyyət Materials 9 İyun 2015 10:01 (UTC +04:00)
Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva bu gün Tərcümə Mərkəzində olub.
Adolfo Kasaresin “La invención de Morel” kitabı Azərbaycan dilində

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva Tərcümə Mərkəzində olub. Mərkəzdən Trend-ə verilən məlumata görə, Səfir Lui Borxesin tədqiqatçısı, yazıçı Adolfo Kasaresin "La invención de Morel" kitabını, Azərbaycan dilinə tərcümə və nəşr edilməsi məqsədi ilə Mərkəzin direktoru A.Məsuda təqdim edib.

Azərbaycan-Argentina əlaqələrinin yaxınlaşmasında ədəbiyyatın xüsusi rolunu qeyd edən səfir, kitabın Azərbaycan oxucusu üçün maraqlı olacağını, bu layihənin Mərkəzlə birgə həyata keçirilməsi nəzərdə tutulan növbəti layihələrin başlanğıcı olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti